Delphidən EXE faylı düzgün işə düşmür.

Salam, belə bir problemlə qarşılaşmışam: Hər hansı bir qovluqda QBasicdə yığılmış A.exe və Brun40.exe adlı fayllarım var. A.exe faylı qovluqda Brun40.exe faylı olmadan işləmir və nəticədə "Input runtime module path: " səhvi verir. Problem: A.exe faylına siçanla klillədikdə A.exe proqramı normal icra olunur, ancaq WinExec və ShellExecute metodları ilə müraciət olunanda nədənsə "Input runtime module path: " səhvini verir, yəni belə çıxır ki, Brun40.exe faylı qovluqda yoxdur, halbuki var Brun40.exe faylı... Hətta C#da da Process.Start metodu ilə müraciət olunanda ümumiyyətlə, faylı tapmır. Niyə, bilən varmı?! Bəlkə Delphidə hansısa kodu düz yığmıram? Məsləhətləriniz...

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Mehman Elxanoglu (2012-04-11 21:46:44)
Cavaba görə təşəkkür edirəm, düzdür test etmədim, ancaq alternativ çıxış yolu ilə problemi həll etdim. Köməkçi bir A.bat faylı düzəltdim və içinə aşağıdakı kodu yazdım: [code]@ echo off append C:\Filan Qovluq\ C:\Filan Qovluq\A.exe [/code] Daha sonra ShellExecute ilə A.bat faylını işə saldım, A.exe proqramı Brun40.exe faylını "gördü" və normal işə düşdü, heç bir "Input runtime module path: " səhvi vermədi :) Bir az uzun oldu, ancaq normal işlədi...

Cabbarov Sübhan (2012-04-11 19:21:19)
Sizn proqramın açlış anında Brun40.exe faylının yerini proqrama bildirisəniz məncə heç bir problem olmaz. Application Path adlı funksiya var. Proqramın hansı qovluqda işlədiyini bildiri. Siz Brun40.exe faylının olduğu yeri Application Path olaraq təyin etsəniz məncə düzəlməlidi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Delfi proqramında massiv proqramı ilə bağlı çətinlik

Delphi və MS Equation

Faylın ikonkasının uyğun proqram ikonu ilə əvəz edilməsi

Təcili Sual

Desktop Proqramlaşdırma Java ya C#

Exe-nin içərisindəki kodların açılması.