Saytda Verilən Məlumatdan İstifadə Edərkən İcazə Qaydaları

Salam. Ümumiyyətlə, bir proqram yazarkən yerli və ya xarici saytların məlumatlarından istifadə edərkən hansı qaydalara əməl edilməlidir? Qəbul edilmiş bir sistem, bir prosedur var, yoxsa qaynaq göstərmək yetərlidir. Bu bütün tip məlumatlara- media, məlumat yazısı üçün nə dərəcədə fərqlilik göstərir?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Coenni (2012-04-13 14:13:31)
Aydındı, diqqətiniz üçün təşəkkürlər.

Orkhan I. Ahmadov (2012-04-13 03:11:40)
İstənilən mənbədən hər hansı bir məlumat görürkən o mənbəyə istinad bildirmək lazımdır. Bu müəllif əməyinə hörmətinizi göstərər. Digər bir tərəfdən isə bütün mənbəyi açıq olan proqramlar, tətbiqlər onun developeri tərəfindən təyin etdiyi lisenziyaya malik olur. Ən kiçik bir tətbiq, script belə olsa hər bir professional developer ona lisenziya verir. Bu digər insanlara o kodlardan necə, hansı məqsədlə, harda istifadə edib etməyəcəkləri haqda məlumaat vermiş olur. Proqram lisenziyalarının tam siyahısı ilə burdan tanış ola bilərsiniz: http://en.wikipedia.org/wiki/List_of_software_licenses

Elvin Hacı (2012-04-12 23:46:00)
İlkin mənbə tipli saytlardan istifadədə icazə lazım deyil, istinad lazımdır. Məsələn hansısa nazirliyin saytından hansısa qanunun bəndlərini və ya izahlı formasını götürmək problem deyil, sadəcə istinad edilməlidir. İcazə tələb edən materialı kommersiya xarakterli olanlardır. Məsələn pullu dərs, mətn təqdim edirsə bir sayt, təbii ki icazəsiz götürmək olmaz, icazə lazımdır.

sadixov87 (2012-04-12 22:14:09)
Hansısa materilı istifadə edərkən yaxşı olardiki gotürdüyünüz mənbəni göstərəsiniz ən azınnan müəllif hüququnu pozmamış olursunuz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Flash temasını saytıma yükləmə

Hosting problemi

Domain almaq

Saytın url-da Azərbaycan şirftlərinin işləməsi

Sayt üçün necə VÖEN almaq olar ?

İngilis dilində məqalə yazmaq