Kompüterin yanmasında problem! (Mavi ekran)

Belədirki, mən komputeri yandırarkən göy qırmızı rəngdə qarışıq rənglər çıxır, windows yükləndikdən sonra mavi ekran açılır və qəribə yazılar yazılır. Amma 5 - 10 dəqiqədən sonra restart verdikdə normal açılır. Məncə ekran kartındadı problem. Bilən varsa necə düzəldə bilərəm? İndidən təşəkkür!

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Emin Mastizadeh (2012-04-20 00:27:07)
Kompüter yanmadıqda və ya tez-tez error verdikdə my computer-də check etmək istədikdə dərhal mavi ekran gələcək.Bunu həll etmək üçün bütün son yazılan proqramları pozmaq,reyesteri təmizləmək və hər hansı bir antivirusun trial versiyası ilə check-up etmək lazımdır. Ya da sistemi təzədən yazmaq.

Emin Mahmudov (2012-04-17 12:36:47)
mənim fikrimcə, BSOD (blue screen of death) mavi ölüm pəncərəsidi. lokal diskləri check up etsəniz düzələr. (my computer-C- sağ düymə-properties-servies-check up- hamısını qeyd edirsiz və ok)

Emin Mastizadeh (2012-04-16 12:04:45)
yox, Sadəcə olaraq LiveCD düzəldin və ubuntunu liveCD-dən buraxın, bu kompüterdə heç nəyi dəyişmir, sadəcə olaraq görəcəksiz ki, fayllar və s. yerindədir ya yox, açılsa deməli problem Vindovsdadır, açılmasa deməli kompüterin hansısa hissəsi zədələnib.

Kamran Ceferov (2012-04-14 14:10:07)
Sizin kompüterin anaplatasında BİOS xarabdır! Bu cür defekt məhz BİOSundur. Biosu reset edib yoxlamagınız gerekdir. Bunun üçün akkumulyatoru chixarib, onun yanındakı cüt kontaktları qısa qapayıb 1 dəqiqə saxlayın. Sonra yeni akkumulyator taxıb kompüterinizi işə salın.

Firagon (2012-04-14 12:35:38)
Kompyuterimə ubuntu yazım?

Emin Mastizadeh (2012-04-14 12:21:08)
Hm, siz Linux LiveCD-ni yoxlayın,açılsa deməli problem windowsdadır. Başqa windows versiyasını tapın yazın. LiveCD elədir ki, sistemi cd diskə yazırsız, diski kompüterə qoyub boot rejimində kompüteri yandırırsız (kompüter yananda tez-tez F8,del, F12,F2 və cancel düymələrindən 1inəbasırsız, hər kompüterdə ayrı-ayrı olur, amma əsasən bu sadaladığım düymələrdən biri olur. Kompüter açılanda çox vaxt aşağıda hansı düymə olduğu qeyd olunur.) . Boot menyuda cd seçirsiz və açılmış səhifədə Try seçirsiz. Bununla sistem açılır və siz öz fayllarınıza və s. baxa bilirsiz.Əgər sistem açılmasa o zaman deməli sizdə problem kompüterin hissələrindən birində(hardware)-dir. Videokartda problem olanda kompüterdə o dediyiniz yazılar da gəlmir. LiveCD üçün sistemi buradan pulsuz yükləyə bilərsiz.

Firagon (2012-04-14 12:06:04)
Yox windowsu format eləmişəm yenə həmin qaydada olur, həmdəki Biosun belə yazıları qatışır. Komputeri yandıran kimi qarmaqarışıq rəqəmər həriflər yazılır.

Tarlan Umud (2012-04-13 17:54:34)
Salam. Cox guman ki, sizim yuklediyiniz windiws da, problem var. Eyer ekranda kompyuter acildiqdan sonra hec bir problem yoxdursa, windowsdan ola biler problem.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mac OS X

Windows Backup haqda

Windows 10 əməliyyat sistemi

NETBEANS 8.2 açılmır.

Windows Vistanı silə bilmirəm

Kompyuterdə mavi ekran problemi