Sayt üçün favicon necə qoyulur?

Saytın başlığı üçün logonu necə və haradan qoya bilərəm? hostinqdən yoxsa domendən? yaxud xüsusi proqram var? məsələn: cavanlar.net saytında !? bu formada logo var,mən öz saytıma necə logo qoya bilərəm,öncədə təşəkkürlər..

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Əli (2014-08-17 10:08:32)
mən həmişə bunun yerinə jpg formatlı ilə edirəm normal alınır...

Zaur Adıgözəlov (2012-04-18 22:00:31)
IcoFX proqramı köməyinə çata bilər

baba (2012-04-13 14:41:28)
Çox sağolun aydındı :)

Elvin Hacı (2012-04-13 14:38:02)
Mütləq. favicon.ru və.s. bu tipli saytlar var ki jpg-ni ico-ya çevirər sizinçün.

baba (2012-04-13 14:26:54)
Təşəkkürlər, bəs olmazki ico yox elə adi jpg formatında favicon qoyum? yəni mütləq şəkli ico formatına salamlıyam?

Tural Əlisoy (2012-04-13 11:57:11)
Bunun üçün bura daxil olun. Burada ətraflı yazılıb. Əgər Wordpress üzərində saytınız qurulubsa, bunun üçün yaratmış olduğunuz favicon bloqunuza və ya hər hansı bir yerə yükləyin. Daha sonra adpin paneldən Admin - design > theme editor > header.php daxil olub bu kodları əlavə edərək linkləri dəyişmək şərtilə yerləşdirə bilərsiz [code]<link rel="shortcut icon" href="http://s.wordpress.org/favicon.ico" type="image/vnd.microsoft.icon"/> <link rel="icon" href="http://s.wordpress.org/favicon.ico" type="image/x-ico"/>[/code]

Firagon (2012-04-13 11:56:47)
Saytın hostinqinə elə favicon.ico olaraq icon resmini əlavə etməniz kifayətdir.