Android sistemlərinin Root olunması haqqında

Ümumiyyətlə Android sistemli telefonların root edilməsi telefona nə kimi üstünlüklər qazandırır və nə kimi mənfi cəhətləri var? Məsələn HTC XE nin root edilməsi və s.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Emin Mastizadeh (2012-04-14 12:08:33)
Bəli, Elvin yazan kimidir.Androiddə Linux kerneli müəyyən qədər dəyişiblər.Orada bəzi komandalar yığışdırılıb. Root etməklə siz həmin komandaları qaytarmış olursuz və su komandası(əməliyyatı root istifadəçisinin adından görmək üçün olan komanda) aktivləşir.Bununla siz istədiyiniz dəyişikliyi edə bilərsiz. Məsələn Elvin deyən kimi marketə başqa ölkə adı ilə daxil ola, telefonun İP ünvanını dəyişə, telefonda olan proqramlarda dəyişiklik edə, telefonda bəzi sürətləndirmə işləri apara bilərsiz və s. Amma Elvinin də qeyd etdiyi kimi zərərli proqram yazmaqla telefonu xarab da edəbilərsiz.Bu zaman yalnız sistem xarab olur, daha sonra yeni sistem yazmaqla bərpa etmək mümkün olur(sistemi kiesdə recovery mode ya da odin ilə yazmaq olur.)

Elvin Hacı (2012-04-14 03:43:09)
Yəqin daha aydın izah yazan olar, amma deyim bir iki şey: Android Linux üzərində qurulduğundan hər bir Linux sistemin root adlı Unix admin istifadəçisi olur, hansı ki o istifadəçi sistemdə bütün səlahiyyətlərə malikdir. Sistem parametrlərini dəyişmək, silmək, bir sözlə sistemin tam dərinliklərinə dalmaq imkanı. Smartfonlarda buna elə də gərək olmadığı üçün və ən əsası təhlükəsizlik məqsədilə Google Androiddə bu useri disable edib. Amma sistem Linux-da olduğundan süni müdaxilə ilə bu root-u yenidən "diriltmək" mümkündür. Bunun faydası odur ki, bu zaman sistemlə işləyən, əli-qolu tam açıq proqramlar da quraşdırıla bilər, hansı ki adi halda o proqram işləmir(məsələn Google Play Store məkana uyğun göstərir proqramları, məkanı isə dəyişmək imkanı yoxdur smartfonda, bu funksiya bağlıdır, amma root hər şeyi edə bildiyindən root-dan istifadə edən proqram var ki, asanlıqla məkanı USA olaraq göstərərir və nəticədə ancaq USA-dan yüklənə bilən proqramlar da asanlıqla yüklənilə bilir). Root-un riski odur ki, siz hər hansı zərərli proqramı bilmədən yükləyib işlətsəniz root access-in açıq olması səbəbindən o proqram sisteminizi tam məhv edə, məlumatlarını silə bilər. Ona görə də ciddi təcrübəsi olmayanlar üçün root access məsləhətli deyil.