Məsləhətli telefon

Hal hazırda almaq üçün məsləhətli hansı telefonları məsləhət görə bilərsiz?

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

Ruslan Butdayev (2012-04-17 13:32:49)
Kiminse telefonu nə üçün alması səni niyə narahat edir ki?)) Hər kəs bir məqsəd üçün alır. Sənin üçün ən uğurlusu hansıdı onu da seç.. Məndə məsləhət görərdim Android platforması istəyirsənsə S3 gözlə.. Heç olmasa 3 4 ay üzərinə tel buraxmayacaq Samsung ))

Elvin Hacı (2012-04-17 00:09:32)
O halda Google Galaxy Nexus alın, məsləhətdir, Android 4 üstündə gəlir, Google-un birbaşa öz nəzarəti altında olan modeldir, istehsalçı da Samsungdur. Nisbətən son model də odur. Yox əgər lap müasir, son ay və günlərdə çıxan model almaq istəyirsinizsə lap təzəcə çıxmış HTC One X və ya mayda çıxacaq Galaxy S3 alın.

Xaliq Babayev (2012-04-16 23:51:43)
Her kese tewekkurumu bildirirem.Men proqramlawdirma ile mewgulam, yaxinlarda android proqramlawdirmani oyrenmek istiyirem deye androide ustunluk verirem.Buna gore de yaxwi android almaq istiyirem.Men telefonu alanda uzun muddet iwledirem deye birefeleik yaxwisini almaq istiyirem.Android sistemli telefon secimi cox oldugunnan qerar ver bilmirem.Ama iphone den nedense xowum gelmir.Bele fikirlewirem ki o telefonu alanlarin coxu prestij ucun alir ve onun imkanlarinnan yararlanmaq fikrinde olmurlar.

Ruslan Butdayev (2012-04-16 00:42:24)
Köhnə mövzuya qayitmayaq ok )) BB ümumiyyətlə nə məqsədlə istifadə edildiyini anlamamışam. 6 ay istifadə eləmişəm.. Sadəcə adi telefondur heyrətləndirici heç nə yoxdur. Ama nədənsə Azərbaycan çooooox məşhurdur.. Deyəsən ÇAT funksiyasına görə )) Axı bizim millət ünsiyyətcildir )) Hələ-hələ vertualda )) İş dünyasının teıefonu .. mail bütün telefonlara qəbul olunur. BB Enterprise server ə niyə ehtiyac duyulsun axı.. Bilən varsa izah edərdi z.o. )) ------------------ Xaliq vindovsin marketi coooox zəifdir hələ. App Store və ya google play ilə müqaisə edilməyıcık qədər. Yaxşısı İSO və Android li cibinı uyğun iki telefonu qoy qabağına qurdala yada imkanın varsa dost tanışdan kimdısı 1 günlük gotür istifadə elə. hansı ürəyinı yatar onu da alarsan )))

Elvin Hacı (2012-04-16 00:25:20)
Ruslan, bir dəfə müzakirə etmişdik deyəsən bunu :) Mən heç vaxt o smartfona pis deməmişəm, sadəcə digər müqayisə gətirdiklərimlə müqayisədə xeyli geri qaldığını demişəm. Bu cavabda gördüyünüz kimi Lumia-nı da əlavə etmişəm, əsas güclü 3 OS-dan nümunələr gətirmişəm sadəcə. Zövqlər müxtəlifdir deyə.(Blackberry-ni əlavə etməmişəm bircə, onun da səbəbləri var, qeyri universallıq)

Ruslan Butdayev (2012-04-16 00:16:02)
Mən inanmazdim ki Elvin yaxşı telefonların siyahısına İphone 4s i əlavə edəcək ;))))))

Elvin Hacı (2012-04-15 17:53:25)
Yenə tələblərinizi yazmadınız. Çox şeyi tərifləyə bilərlər. Sadəcə "yaxşı telefonum olsun" istəyirsinizsə onda məsələn Galaxy S2, Sony Xperia S, Galaxy Nexus, İphone 4S, Nokia Lumia 800 bu 5 modeli müqayisə edin bir az əlinizdə tutun, bəyəndiyinizi alın.

Ruslan Butdayev (2012-04-15 11:25:16)
:)))) Hə əla məsləhətdi İOS, BBOS pisdi Android al :)) .. Əvvəlvə özlüyündə dəqiqəşdir sənə telefon nə üçün lazımdır. Sənə lazım olan cəhətləri dəqiqləşdirdikdən sonra büdcənə uyğun telefonların konf.-ı oxu. İçərisindən uyğun olanı seç.. Ümumiyyətlə bizdə insanların çox az hissəsinin texnalogiya ilə münasibəti var. Telefon və NB alanda kimdəsə görüb ya kiminsə tərifi ilə alırlar. Kiminsə nəyi tərifləməyi ya pisləməyinə uyğunlaşmayın. Ozünüz seçim edin özünüz qərar verin. Bəlkə axtarandan sora Bada sizin xoşunuza gələcək ? Əvvəlcə özlüyündə sonra da internetdə araşdırın.. Uğurlar!

Firagon (2012-04-14 23:35:52)
Nokia C6

Xaliq Babayev (2012-04-14 23:15:02)
Esas ustunluk verdiyim androiddi.cunki hami terifleyir.ios ve blackberry dense onu al deyiller.

Hüseynov Cabbar (2012-04-14 22:42:45)
nokia 800

Cabbarov Sübhan (2012-04-14 22:38:49)
Qiymət vacib deyilsə, Galaxy S2, Galaxy Nexus, HTC One X telefonlar məsləhətdir. Əgər qiymət əhəmiyətlidirsə, android ağıllı telefonları məsləhətlidir.

Elvin Hacı (2012-04-14 22:18:09)
Sualınızı dəqiqləşdirsəniz yaxşı olar. Təxminən hansı qiymətə və hansı tələblərə cavab verən telefon və ya smartfon istəyirsiniz?