Script barəsində kömək

Salamlar. Mənə xəbər saytı üçün script lazımdı. Sırf xəbər saytı üçün. Misal olaraq azadliq.az, lent.az saytlarının scripti kimi. Sualımsa budu ki ele bir scripti kimə vı hansı şirkətə yıgdıra bilərəm. və qiyməti təxminən nə qədər olar? Və yaxudda burdakı istifadəçilərdən bu işlə məşgul olan varsa yazsında.Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Elvin Hacı (2012-04-15 17:50:34)
Salam. Wordpress CMS-i üzərində slrf xəbərlərə hesablanmış theme-lər var, hazırını alıb, tərcübə edib işlədə bilərsiniz. Xəbər saytları üçün 0-dan skript yazmaq artıq zəhmətdir deyə əksəriyyət CMS-dən istifadə edir.

Cabbarov Sübhan (2012-04-15 14:53:55)
azadlıq.az hazır CMS ilə hazırlanıb, digəri isə yenidən yığılmaya oxşayır. Yəni adətən xəbər saytları hazır CMS üzərində dəyişiklik etməklə hazırlanır. Belə olduğu halda sizin admin panel xüsusiylə xəbər üçün yox CMS üçün nəzərdə tutulur. Ancaq sıfırdan yığılan skripta isə hər şey sifarişçinin istəyinə əsasən olur. Bir az reklam kimi çıxır. İstəsəz mənə müraciət edə bilərsiniz. Rəsmi Saytım

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kodun açılışı ilə bağlı kömək?

PDO təhlükəsizliyinə tam güvənmək olarmı ?

Script hostda islemir

Powershell scriptində dəyişiklik etmək

Online Test Scripti

php oyun skriptləri