Facebook profilinin səhifəyə çevirilməsi

Salam hər kəsin sabahı xeyr olsun. Mən facebookda öz profilimi səhifəyə çevirə bilərəm? Əgər belə bişey mümkünsə bilən varsa yazsın öncədən təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Fiko A-ov (2012-04-19 11:34:34)
Alehandro Morfeo Qaqaş mən bunu etdim ama sonra elədiyimədə peşman oldum bunu necə mən dəyişə bilərəm yəniki əvvəlki vəziyyətinə qaytarmaq istiyirəm

Fiko A-ov (2012-04-19 00:57:40)
Alehandro Morfeo Çox sağol elədim.

Alehandro Morfeo (2012-04-18 16:44:41)
bu şəkildə göstərdiyim kimi et.

Fiko A-ov (2012-04-17 21:21:28)
Alehandro Morfeo Qaqaş təşəkkür məlumat üçün birincisi alındı çox sağol ama ikinci dediyin söhbət alınmadı sən dediyin kimi təkər formasında olan seçenekler bölməsinə daxil oluram ama orda söhbətə dost əlavə et yoxdu

Alehandro Morfeo (2012-04-17 20:30:59)
Şəkildə işarələməni bağlamaq üçün Gizlilik Ayarları daxil olursuz ordan Zaman Tüneli ve Etiketleme seçirsiz sonra Who can see posts you've been tagged in on your timeline? bölməsinə daxil olub sadəcə Mən edirsiz. Söhbətə 2 və ya daha çox adam daxil etmək üçünsə açılan çatın yuxarısındakı təkər formasindakı (Seçenekler) şəkildən Söhbətə dost əlavə et deyirsiz.

Fiko A-ov (2012-04-17 15:44:31)
təşəkkürlər ama mən bu facebook barədə 1-2 şeyidə bilmək isterdim əgər mümkünsə mən necə edə bilərəmki mənim bəyəndiyim səhifələrin şəklində işarələnmiyib bunu deaktiv eləmək olur? Əgər olursa xahiş edirəm link qoyardız birdə mən bəzi inboxlarda görürəmki bir neçə və daha çox istifadəçi inboxda söhbətləşir eyni vaxtda yani online şəklində bunu necə edirlər? Öncədən təşəkkür edirəm diqqətiniz üçün sağolun.

Fiko A-ov (2012-04-17 12:38:28)
təşəkkür edirəm çox sağolun.

Rzalı Live (2012-04-17 12:36:13)
http://cavablar.net/2012/02/16/facebookda-profili-s%C9%99hif%C9%99y%C9%99-qosmaq/

Tural Əlisoy (2012-04-17 12:30:27)
Salam. Bunun üçün bura daxil olaraq kateqoriyanı seçib səhifəyə çevirə bilərsiz