Hazır veb-saytın Android və iOS-da proqram əlavəsi yaradılması

Salam, Mən e-kommersiya ilə məşğul olan sayt idarə edirəm. Çox maraqlı olardı ki, onun Android və iOS-da (mobil telefonlar üçün) proqram təminatı yazılsın. Hazırda bildiyiniz kimi, Azərbaycanda artıq bir neçə şirkətlər var ki, öz mobil proqram əlavələrinin üstünlüyündən yararlanırlar (məs. Citylife, ParkCinema, Azercell və s.). Amma əsas məsələ mobil telefondan girilən proqram vasitəsilə ödəniş həyata keçirmək də mümkün olsun, yəni AzəriCard-ın inteqrasiyası ordada həyata keçirilmiş olsun. Bu cür xidmət varmı Azərbaycanda, varsa neçəyədir? Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Emil_Rustamov (2012-04-23 10:34:59)
Lap yaxşı. Onunla necə əlaqə qurmaq olar bəs? Hər hansı mobil proqram məhsulu olubmu?

Emin Mastizadeh (2012-04-20 00:21:16)
Başqa bizim webber iyuldan sonra fəaliyyətə başlayır. Veb sayt,dizayn, android,iOS,symbian, Linux ə Windows proqramlarının sifarişlə yazılmasına baxacaq.

Emil_Rustamov (2012-04-18 18:17:12)
Hə bax bu məlumat lazım idi mənə. Çox sağolun. (başqa şirkətlər tanıyan varsa, buyursun)

Elvin Hacı (2012-04-18 11:56:23)
Bu tip proqramlar üçün Qar LLC-yə müraciət edin, komandalarının Android və İOS-da yaxşı təcrübələri var. ParkCinema və bir sıra tanınmış app-ları hazırlayan developer də onlarla işləyir səhv etmirəmsə.

Emil_Rustamov (2012-04-18 11:28:58)
Ödənişin telefondan olması vacib deyil, sadəcə belə imkanın yaradılması marketinq baxımından yaxşıdır. Təxminən neçəyə olar Android və ya iOS-da? Bu sahədə portfeli olan firma tanımırsız?

Emin Mastizadeh (2012-04-18 02:38:23)
Belə app yazmaq olar. Elə də problem deyil. Amma bizdə mobil telefonla ödəniş edən az olacaq. Proqramı saytda olan ödəmə sisteminə qoşmaq olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android ROOT

iPhone 5S`də niyə açar olmur ?

Samsung Galaxy S3 Firmware

Android-lə bağlı ən əsas sual

Google Play Market

Telefon üçün pulsuz videomontaj proqramı