Ultimate dən home premium a keçsəm nə itirmiş olacam?

Məndə lisenziyalı Win7 home premium var ama pirat ultimate işlədirəm. Əgər home ya keçsəm nə itirmiş olacam?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Xaliq Babayev (2012-04-19 10:58:43)
Aydindi.cox sagolun

Elvin Hacı (2012-04-19 09:48:32)
Cavablar.net-də Ubuntu yazıb axtarın bu haqda xeyli sual və izahlı cavablar var. Bir cavaba yerləşməz bu haqda danışmaq. Win-də olan proqramların əvəzi Ubuntuda var, yalnız 3D oyunları çıxmaq şərtilə. Onları da və digər Windows proqramları(məsələn Office, Photoshop və.s.) da asanlıqla Ubuntuda Wine adlı emulator vasitəsilə işlətmək olar. İrəli salan səbəbləri: stabillik-aylarla restarta belə ehtiyac duymadan fasiləsiz işləyə bilən, sıradan çıxmayan sistem, təhlükəsizlik-virussuzluq, sürət-cəldlik, interfeysin-strukturun qat-qat sadə və anlaşılan olması, idarəetmənin çox asan olması, bütün proqramların vahid proqram mərkəzindən idarə edilməsi və.s.

Xaliq Babayev (2012-04-19 02:42:12)
Elvin, bes hansi cehetlere gore ireli duwmusunuz ubuntu iwletmekle?Winde olan proqramlarin burda olmamasi problem yaratmir?

Elvin Hacı (2012-04-18 19:31:41)
Bəli. Ubuntu 11.10 64 bit. Ayın 27si yeni 12.04 versiyası çıxacaq.

Xaliq Babayev (2012-04-18 19:22:48)
Elvin elbetde dogru idi dedikleriviz baresinde wuphem yoxdu.Sizde ubuntu iwledirsiz?

Elvin Hacı (2012-04-18 11:52:39)
Mən ümumiyyətlə Windows istifadəçisi olmadığımdan ola bilər 64bit barədə məlumatım yanlışdır. Amma digər dediklərim ümumi məlumatlar olduğundan, doğru idi.

Xaliq Babayev (2012-04-18 11:43:12)
Men update ni aciq qoymuwdum .yenileme gedirdi hec bir problem olmurdu.ama yenilemeler az olurdu.yeqin aktivator pirati taniya bilecek yenilemeleri yuklemeye icaze vermirdi.yeni pirati rahat iwledirdim.

Xaliq Babayev (2012-04-18 11:41:28)
Home de 64bit olur axi.men evvel 64bit iwledirdim.kompu format edende ultimate yazdim.

Tural Əlisoy (2012-04-18 11:05:47)
Mənim seçimim Ultimate olardı. çünki, Homeda olmayanlar Ultimatedə var. Ancaq əlinizdə Premium ola-ola pirat işlətmək yaxşı olmazdı. çünki, Ultimate yeniləndikdə sizin pirat işlətdiyinizi öyrənəcək və beləliklə problem yaşıyacaqsız.

Elvin Hacı (2012-04-18 09:21:49)
Təbii ki Ultimate ilə Home arasında fərqlər xeylidir. Buradan cədvəllə baxa bilərsiniz. Amma pirat məhsuldansa lisenziyalı işlətmək daha düzgün olar, mən sizin yerinizdə olsaydım dərhal Home-a keçərdim. Həm məhsulun keyfiyyəti, həm də başqalarının hüquqlarına hörmət baxımından. Home-ın Ultimate-dən əksiklikləri əsasən ofis-kollektiv işlərə uyğun funksiyalarda, remote qoşulmada, 64bitin olmamasınad və bir sıra funksiyalardadır. Sonuncu dediyim xaric digərləri ev kompüterində demək olar lazım olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows 7-də share və user name problemi

windows media player

Toshiba Windows 7 Driver yeniləmək

windows 7 driver yükləmək

Köhnə komputerə WindoWs 7 yazmaq

Windows 7 SAAT PROBLEMI