Veb sayt yaratmaq ilə bağlı sual

Salam. Mən UCOZda yaradılan saytlar üzərində demək olar tamamilə dəyişiklik edərək yeni görünüşə sahib sayt yaratdım. Bunu öz - özlüyümdə öyrənməyə nail oldum. Soruşmaq istədimki, mənə hansı proqramı məsləhət görə bilərsiniz ki, mən həmin proqram üzərində çalışım,görüm öyrənə bilirəmmi... Məs: PHP , HTML saytların hazırlanmasını öyrənə bilim.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Emin Mastizadeh (2012-04-20 00:15:27)
Bu saytdan ilk öncə html-i öyrənin.HTML4-ü öyrənmək asan olur.HTML5 4-ə oxşardır sadəcə olaraq biraz mürəkkəb və funksionallıq cəhətdən böyükdür,amma istifadə üçün rahat və sadədir.4-ü bilən 5-i tez bir vaxtda öyrənə bilər. Ucoz kimi konstruktorla sayt yığmaq proqramlaşdırmaq demək deyil. Professional saytları blaknotda və ya başqa mətn redaktorunda yazmaq lazımdır. HTML+CSS (və biraz da javascript) saytların əsasını təşkil edir. Əlavə funksiyalar, məsələn çat,forum və s. servislər üçün lazım olan funksiyaları yerinə yetirmək üçün PHP və ya Ruby-ni öyrənmək məsləhətdir. Test etmək üçün kompüterdə local server qurmaq rahat olur.Bu haqda isə internetdə məlumat çoxdur. Tez-tez suallarınız çıxanda google-da axtarın. Mətn redaktoru kimi windowsda notepad++ linuxda isə bluefish çox rahatdır. Local server üçün isə Apache məsləhətdir. Amma əvvəlcə internetdə install Apache+PHP+MySql axtarın ki, birinci dəfədən problemsiz qurasız.

Anar Xaspolatov (2012-04-19 21:50:29)
Cavabınız üçün sonsuz təşəkkürlər. Mən bu sadaladığınız dilləri necə öyrənə bilərəm? Onuda qeyd edimki bunu özüm özlüyümdə öyrənmək istəyirəm.

Cabbarov Sübhan (2012-04-19 20:21:00)
Bu dilləri öyrənsəz yaxşı olar PHP, HTML, CSS, JavaScript. Bunları bilsəz yaxşı sayt hazırlaya bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytın faviconunun yaradılması və brauzerdə dəyişdirilməsi

Veb dizayner ,Kiminlə işləmək məsləhətdi ?

Veb saytla bağlı sual

JSP SERVER?

Belə veb proqramı neçəyə yazırlar?

Veb Saytlar üçün ikon qoymaq