GIF formatında şəkil düzəltmək istəyirəm

Salam. Mən GIF formatında şəkil düzəltmək istiyirəm.Bunun üçün mənə hansı proqram lazımdı? (belə proqram bilirsizsə zəhmət olmasa linkini yazın yükləyim.)

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Elvin Hacı (2012-04-23 10:20:57)
Başqa saytdan asılı olmamaq məsləhətdir, öz hostunuzda saxlasaz yaxşı olar. P.S. Gif-ləri Adobe Flash-da da düzəltmək mümkündür, sadəcə Flash-ı bilən adam olmalıdır, çünki bir dənə gif düzəltməyə görə böyük platforma olan Flash-a girişməyə dəyməz.

Tarlan Umud (2012-04-23 09:37:10)
Yuxarıda göstərilən saytda embed kodla bunu etmək də mümkündür. Hazırlayacağınız şəklin tam altında embed code göstərilib. Amma təhkükəsizliyi ilə bağlı bir söz deyə bilmərəm.

Jurnalist (2012-04-23 01:17:18)
Tərlan bəy, qeyd etdiyiniz saytda və ümumiyyətlə bu tipli saytlarda hazırladığımız gif şəkilləri embed kodlarla deyil, save as edərək bilgisayarımıza qeyd etmək və sonrada sayt və ya blogumuza yükləmək məsləhətlidirmi, yoxsa, bunu ancaq embed kodlarla etsək təhlükəsiz olar?

Ilkin Alizadeh (2012-04-23 00:54:43)
sağ olun.

Tarlan Umud (2012-04-22 22:34:00)
Salam. Aşağıdakı proqramlar sizə kömək ola bilər Easy GIF Animator Pro 5.0.2.42 Ulead Gif Animator 5.05 Amma bunun üçün online saytlar da var. Online sayt üçün buraya daxil olun.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Şəkil hərəkətini itirir