Hostinq barədə məsləhət

Salam,mən xəbər saytı yaratmaq istəyirəm,məsləhət almaq istərdim ki hansı həcmdə hosting kifayət edər.məs: 1qb disk space və 10qb aylıq trafik bəs edər? ümumiyyətlə bunları necə ayırd edim?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

black_09 (2012-04-29 13:31:51)
Təşəkkürlər hər birinizə,indi ətraflı məlumatım oldu.

Bahruz Garamammadov (2012-04-27 17:19:31)
disk space materiallarınızı saxlayacağınız diskin ölcüsüdür. materiallara həm yazılar (elə də çox yaddaş tələb etmir), video, səs, şəkil və sair ola bilər. əgər sayta yüksək keyfiyətli video yerləşdirməyi planlaşdırırsənızsa 1gb azdır. videolarınızı youtube-a yerləşdirib sayta yalnız linki yerləşdirə bilərsiniz onda yaddaşa qənaət etmiş olarsiz. şəkilləri də yərləşdirməzdən öncə şox böyük ölçülüdürse optimize edib yerləşdirin. vaxt keçdikcə saytin bazasindaki yazilar da coxalir materiallarda, ona gore mueyyen vaxtdan sonra bu yaddash size yetmiye biler. ayliq trafik ise sadece olaraq ayliq istifadeci sayinin web səhifələrin ölçüsünə olan hasilidi. əgər hər ay sayta 1000 nəfər daxil olursa və ana səhifənin ölçüsü 10 mb-dirsa (başqa səhifələri nəzərə almadan, hesab edək ki istifadəçi ancaq ana səhifəyə baxir, realda belə deyil, sadəcə hesab üçün belə deyirəm) aylıq trafik 10000 mb, ya da 10GB olacaq. təzə sayt üçün 10GB bəs edə bilər ama sonra istifadəçilərin sayı çoxalanda deyək ki 1200 olanda, sizə 12GB lazımdı ama server 10GB gücündədi beləcə istifadəçilər istəmədən DDOS yaradacaq. ona görə bu seçimlər sırf sayt istifadəçilərinin sayından, istifadə edəcəyiniz materialların həcmindən aslıdır. birinci başlamaq üçün 1, 10 bəs edər, sonra artırmaq problem deyil, istifadəçi çoxalsa sadəcə hosting planini deyişirsiniz.

Emin Rəhmanov (2012-04-27 16:29:02)
Salam. Bunu bele tam deqiq demek olmazki bes eder ya yox. o baxir sizin yaradacaginiz sayta ve sayta daxil olan istifadecilerin sayina. Birdeki eger sayta yerleshdirilen video,foto ve her hansi diger fayllari oz bazanizda saxlayacaqsinizsa tebiiki 1 qb cox azdir. yox eger diger yerlerden kecidle qoyacaqsinizsa onda isletmek olar. P.S(eger sayta daxil olan istifadecilerin sayi az olacaqsa.). Ama normal bir sayt ucun cox azdir. miniumum 5 qb disk sahesi ve 25-20 qb trafikle normal bir sayt qura bilersiniz