Twitter barədə geniş məlumat

Salamlar. Mən Twitter barədə geniş məlumat almaq istiyirəm xahiş edirəm bu haqda bilən varsa geniş məlumat versin bu sayt əsasən nə üçündü əsas rolu nədi? Məndə işlətmək istiyirəm diqqətiniz üçün təşəkkür

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Alehandro Morfeo (2012-04-28 17:36:38)
Məndə yeni qoşulmuşam Twiterə deyirəm bəlkə izlədiyiniz maraqlı ,öyrədici və güldrücü insanlar varsa burdan yazın bizdə izləyək : )

Tural Mecidov (2012-04-28 11:24:08)
ok qaqaş onsuzda qıza ehtiyacımız yoxdu sadəcə soruşdum təşəkkür

Emin Mastizadeh (2012-04-27 23:21:22)
Ancaq məşhurlar üçün yox. Məsələn mən bir dənə komediya haqqında yazanı izləyirəm, doyunca güldürür onun yazıları. Bəzən Elvinlə və digərləri ilə nəyisə müzakirə edirik.Yazılar hamı üçün açıq olduğundan fikri olan nəsə əlavə yazır. Bundan başqa Linux sistemləri ilə bağlı xəbərlər yazanları izləyirəm,qiymətli məlumatlar əldə edirəm. Tvitter tanışlıq üçün deyil. Təzə başlayanlara həmişə deyirik, bura qız tutmaq üçün deyil)))

Tural Mecidov (2012-04-27 20:20:00)
təşəkkürlər məlumat üçün

Elvin Hacı (2012-04-27 20:00:58)
Burada müəyyən məlumatlar var sizin sualınıza uyğun. Əlavə qeyd kimi deyim ki, şəxsən mənə görə Twitter Facebook və digər sosial şəbəkələrdən qat-qat faydalı servisdir. Tvitter əyləncə, bekarçılıq üçün yox, tam əksinə ciddi işgüzarlıq üçün də yox, məhz faydalılıq üçün, sizə lazım olan mövzudan hamıdan tez məlumatlanmaq üçün əla bir servisdir.

Tural Mecidov (2012-04-27 19:26:48)
yəniki burda ancaq tanınmışlar haqda məlumatlar verilirdə eləmi başqa bu sayt Facebook Mail agent Skype kimi şəbəkə saytları kimi tanışlıq və mesajlaşma yoxdu?

Emin Mastizadeh (2012-04-27 18:29:15)
Tvitter mikrobloqdur. Orada siz istədiyiniz mövzuda yazılar yaza bilərsiz. Hər biz yazı üçün 140 simvol yazmağa icazə verilir. Siz öz fikrinizi 140 simvolla çatdırmalısız. Həmçinin sizə maraqlı olan mövzuda yazanları izləyə və oların yazdıqlarını oxuya bilərsiz. Məsələn, sevdiyiniz aktyor, şirkət, qrup, servislər və s.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Twitterdə İD-mi tapmaq

Twitterdə parol dəyişimi haqqında

Twitter follow problemi

Twitterdə olan e-mailin dəyişdirilməsi

Öz twitterimə profil şəkli qoya bilmirəm

Twitter Login Verification haqqında sual