Programist haqda

Bu kompyuter işində Programistin əsas rolu işi nədir?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ruslan (2012-04-29 16:38:15)
Proqram yazıb pozmaq, format etmək, şəbəkə qurmaq və.s. işlər isə ayrı sahələrə aiddir. Bu islere baxana xakker deyirler Azerbaycanda ))..

Elvin Hacı (2012-04-29 00:54:23)
Proqramçı geniş anlayışdır, təsnifatı böyükdür. Qısaca ümumi anlayış kimi təsvir etsək proqramçı hər hansı proqram təminatını quran-yazan, kodunu düşünən və reallaşdıran mütəxəssisə deyirlər. Proqramçının kodu yazdığı dilə proqramlaşdırma dili deyirlər. Məsələn hal-hazırda sual verib cavabını aldığınız cavablar.net saytı bir veb proqram məhsuludur, sizə görünən saytın üz hissəsidir, yəni istifadəçiyə lazım olan hissə, saytın görünməyən hissəsi isə ancaq uzun-uzun kodlardan ibarətdir, və bu kodları proqramçılar əllə yığıb. İstifadəçi proqrama müraciət edəndə həmin uzun kodlar server tərəfindən görüntüyə çevrilir və istifadəçiyə xidmət etməyə başlayır. Format işinə baxan, proqram yazıb silən və.s. dedikləriniz isə texniki servis kateqoriyasına aiddir və proqramlaşdırma ilə heç bir əlaqəsi yoxdur, proqramist ancaq və ancaq alqoritm(kodun öncədən planlaşdırılan strukturu) və kod yazmaq işi ilə məşğuldur. Proqram yazıb pozmaq, format etmək, şəbəkə qurmaq və.s. işlər isə ayrı sahələrə aiddir.

Tural Mecidov (2012-04-28 19:55:17)
bu dediklərinizdən bişey anlamadım qaqaş əsasəndə o bölmə haqda yazdığınız mən anladığım qədəriylə səhf eləmirəmsə elə adındanda göründüyü kimi program yazan silən nə bilim format işinə baxan və s. belə işlərə baxandı

Bahruz Garamammadov (2012-04-28 19:47:21)
sadə desək hər hansı bir problemi həll etmək üçün proqram yazmaq. yazmazdan əvvəl dizayn etmək, yazandan sonra da support etmək. hər üç mərhələnin də içindi bir neçə mərhələ olur. problem elmi ola bilər məsələn ilk 9 a bölünən 1200 ədədin cəmini tapmaq ya da biznes problemi satışları avtomatik bazaya daxil edib eyni zamanda anbardakı malların sayını yeniləmək.