Proqramçılığın istiqamətlərindən hansı daha perspektivlidir?

Salam. Sizdən bir söz soruşum mümkünsə bir qədər web proqramçılıq, server proqramçılıq, desktop proqramçılıq haqda bir qədər məlumat verərdiniz. Ümumiyyətlə cari dövrdə daha çox tələbat hansınadır? Hansını sonradan da öyrənmək mümkün olar? Yəni ki birində ixtisaslaşandan sonra digərinə keçmək. Mümkünsə suallarımı cavablandırardız…Ümumiyyətlə hansı sahə üzrə proqramçılığı tövsiyyə edirsiniz?


Yadda saxlama
Kateqoriya: Proqramlaşdırma . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(12:14, 28/04/2012 ) #13906

Fikrimcə Ramin Orucovun bu təqdimatı sizə müəyyən qədər yardımçı olar. Digər cavab verənlər də öz fikirlərini yazacaqlar yəqin.

Qısaca əlavə edim ki, hazırda web sahəsi üzrə proqramlaşdırma daha geniş sürətlə inkişaf edir və gələcək də məhz veb ilədir. Veb deyərkən təkcə veb sayt düzəltmək yox, həmçinin lokal və global şəbəkədə işləyən web application-lar nəzərdə tutulur.
Desktop proqramlaşdırmaya da hazırda Azərbaycanda tələb genişdir. Əsasən C#, daha sonra Java üzrə.
Birindən digərinə keçid isə həmişə mümkün. Əsas odur alqoritmik təfəkkür güclü olsun
P.S. Sualı Azərbaycan əlifbasında yazmanız vacibdir, bu barədə xəbərdarlıq da var, amma iqnor etmisiniz, sadəcə sual aktual olduğuna görə redaktə edib dərc etdik, əslində bu tip ingilis əlifbası ilə yazılan sualları dərc etmirik. Növbəti dəfə nəzərə almağınız xahiş olunur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:37, 28/04/2012 ) #13966

    cox sag olun ama deyesen bolck elediz o biri profilimi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:38, 28/04/2012 ) #13967

ancaq az siriftiylə yazim,?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:13, 29/04/2012 ) #13994

Həqiqətən də qeyd olunduğu kimi hal-hazırda Azərbaycanda əsasən Web və Desktop proqramlaşdırma inkişaf edib. Lakin mənim müşahidələrimə görə Azərbaycanın İT məkanında sistem proqramlaşdırmanın durumu çox sönük vəziyyətdədir. Konkret proyektlər olmadığına görə bu sahəyə elə də diqqət yoxdur, proqramçılar da əsasən istifadəçi proqramlaşdırma sahəsinə meyllidirlər.
Lakin proqramlaşdırmanın daha maraqlı, kəskin tələbli, mürəkkəb tərəfi sistem proqramlaşdırmadı.
Kompüterdə bütün proseslərin reallıqda nə cür baş verdiyini bimək, istifadəçi proqramlarının nə cür yükləndiyini, icra olunduğunu, nüvənin onlara nə cür yer ayırdığını, sistemin nə cür yüklənməsi, avadanlıqların tam 0-dan konfiqurasiyası v.s. həddən artıq müxtəlif digər məsələrlə tanış olduqdan sonra ( proqramlaşdırma səviyyəsində) artıq kompüterlə işləmək izahedilməz ayrı bir zövq verir(adrenalin).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:25, 29/04/2012 ) #14020

Veb Proqramlaşdırma daha əlverişlidir. Amma Azərbaycanda Komputer proqramlamaya ehtiyac var. Çünki hamı veb proqramlaşdırmaya gedir və dekstop proqramlaşırma qalır kənarda. Belə baxanda Azərbaycan Mobil Proqramlamayada ehtiyac var. Çünki bu sıfır səviyyəsindədir.Mənim fikrimcə Azərbaycanda Desktop Proqramları yazmaq daha səmərəli olar…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:04, 30/04/2012 ) #14059

    Mobil proqramlaşdırma Azərbaycanda sürətlə artır.Birinci Hackathonda 13 nəfər tam proqram yazdı, ümumi 70 nəfər Mobil proqramlaşdırma haqqında lazımı bilikləri öyrəndi. İndi ikinci yarış gedir, artıq 90+ iştirakçı + əlavə eurocup və eurovisia yarışması üçün çoxlu proqram yazan var. Bu il nəticə çox yaxşı olacaq və həm yerli həm də beynəlxalq proyektlər artacaq. Gələn il isə Desktop proqramlaşdırma ilə bağlı Hackathon keçirmək fikrimiz var.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (7 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024