Proqramçılığın istiqamətlərindən hansı daha perspektivlidir?

Salam. Sizdən bir söz soruşum mümkünsə bir qədər web proqramçılıq, server proqramçılıq, desktop proqramçılıq haqda bir qədər məlumat verərdiniz. Ümumiyyətlə cari dövrdə daha çox tələbat hansınadır? Hansını sonradan da öyrənmək mümkün olar? Yəni ki birində ixtisaslaşandan sonra digərinə keçmək. Mümkünsə suallarımı cavablandırardız...Ümumiyyətlə hansı sahə üzrə proqramçılığı tövsiyyə edirsiniz?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Emin Mastizadeh (2012-04-30 01:04:37)
Mobil proqramlaşdırma Azərbaycanda sürətlə artır.Birinci Hackathonda 13 nəfər tam proqram yazdı, ümumi 70 nəfər Mobil proqramlaşdırma haqqında lazımı bilikləri öyrəndi. İndi ikinci yarış gedir, artıq 90+ iştirakçı + əlavə eurocup və eurovisia yarışması üçün çoxlu proqram yazan var. Bu il nəticə çox yaxşı olacaq və həm yerli həm də beynəlxalq proyektlər artacaq. Gələn il isə Desktop proqramlaşdırma ilə bağlı Hackathon keçirmək fikrimiz var.

Musayev Cahandar (2012-04-29 18:25:17)
Veb Proqramlaşdırma daha əlverişlidir. Amma Azərbaycanda Komputer proqramlamaya ehtiyac var. Çünki hamı veb proqramlaşdırmaya gedir və dekstop proqramlaşırma qalır kənarda. Belə baxanda Azərbaycan Mobil Proqramlamayada ehtiyac var. Çünki bu sıfır səviyyəsindədir.Mənim fikrimcə Azərbaycanda Desktop Proqramları yazmaq daha səmərəli olar...

ahmed (2012-04-29 10:13:02)
Həqiqətən də qeyd olunduğu kimi hal-hazırda Azərbaycanda əsasən Web və Desktop proqramlaşdırma inkişaf edib. Lakin mənim müşahidələrimə görə Azərbaycanın İT məkanında sistem proqramlaşdırmanın durumu çox sönük vəziyyətdədir. Konkret proyektlər olmadığına görə bu sahəyə elə də diqqət yoxdur, proqramçılar da əsasən istifadəçi proqramlaşdırma sahəsinə meyllidirlər. Lakin proqramlaşdırmanın daha maraqlı, kəskin tələbli, mürəkkəb tərəfi sistem proqramlaşdırmadı. Kompüterdə bütün proseslərin reallıqda nə cür baş verdiyini bimək, istifadəçi proqramlarının nə cür yükləndiyini, icra olunduğunu, nüvənin onlara nə cür yer ayırdığını, sistemin nə cür yüklənməsi, avadanlıqların tam 0-dan konfiqurasiyası v.s. həddən artıq müxtəlif digər məsələrlə tanış olduqdan sonra ( proqramlaşdırma səviyyəsində) artıq kompüterlə işləmək izahedilməz ayrı bir zövq verir(adrenalin).

Samir Azeri (2012-04-28 18:38:21)
ancaq az siriftiylə yazim,?

Samir Azeri (2012-04-28 18:37:06)
cox sag olun ama deyesen bolck elediz o biri profilimi

Elvin Hacı (2012-04-28 12:14:58)
Fikrimcə Ramin Orucovun bu təqdimatı sizə müəyyən qədər yardımçı olar. Digər cavab verənlər də öz fikirlərini yazacaqlar yəqin. Qısaca əlavə edim ki, hazırda web sahəsi üzrə proqramlaşdırma daha geniş sürətlə inkişaf edir və gələcək də məhz veb ilədir. Veb deyərkən təkcə veb sayt düzəltmək yox, həmçinin lokal və global şəbəkədə işləyən web application-lar nəzərdə tutulur. Desktop proqramlaşdırmaya da hazırda Azərbaycanda tələb genişdir. Əsasən C#, daha sonra Java üzrə. Birindən digərinə keçid isə həmişə mümkün. Əsas odur alqoritmik təfəkkür güclü olsun P.S. Sualı Azərbaycan əlifbasında yazmanız vacibdir, bu barədə xəbərdarlıq da var, amma iqnor etmisiniz, sadəcə sual aktual olduğuna görə redaktə edib dərc etdik, əslində bu tip ingilis əlifbası ilə yazılan sualları dərc etmirik. Növbəti dəfə nəzərə almağınız xahiş olunur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Desktop proqramı – əsas pəncərə dizaynı

Proqramlaşdırma dillərini öyrənmək

Proqramlaşdırma dili öyrənmək istəyirəm

Java proqramlaşdırma dili haqqında kitablar

HTML-də [code][/code] kimi teqlərin vəzifəsi nədir?

saytların qiymətləri