https problemi

Salam. Məndə belə bir problem yaranıb. Amma həllinin harda axtaracağımı dəqiq bilmirəm. Məsələ orasındadır ki, əvvəllər hər zaman https: ilə daxil olurdum bütün saytlara amma indi isə problem yaranıb. Belə ki hə dəfə hər hansısa bir saytda refresh gedende mənə aşağıda göstərilidiyi kimi xəbərdarlıq gəlir. Bunu tam olaraq necə yığışdıra bilərəm və necə edə bilərəm ki, həmişə https: ilə daxil olsun. Məlumat üçün deyim ki, brauzer Google Chromedir.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Tarlan Umud (2012-05-01 11:34:09)
Çox güman ki, elədir. Amma bunu da bilmək daha yaxşı oldu :)

Elvin Hacı (2012-05-01 10:26:56)
:) Deməli səhv özünüzdəymiş. O extensionu quraşdırmısınız, indi də o quşu götürməklə, yəni extensionu söndürməklə problem aradan qalxıb. O extension brauzerlərdə olmur, hansısa məqsədlə səhvən qurubmuşsuz onu.

Tarlan Umud (2012-05-01 09:46:40)
Müxtəlif saytlarda axtarış edərək problemin həlli yolunu axtarıb tapdım. Əyər gələcəkdə kimsə bu problem ilə rastlaşsa bu cür problemi aradan qaldıra bilər Şəkil 1. Şəkil 2 Göstərilən ikinci hissədə (yəni Protected by İP) quşu götürmək.

Elvin Hacı (2012-05-01 09:42:00)
Bəlkə kompüterinizdə virus var, yaxşıca skan etmisiniz? Virus ola bilər ki internetdən gələn data-ya müdaxilə etsin, hər hansı iframe filan əlavə etsin, ona görə brauzer bu mesajı çıxarsın. Yəni düzü məhz belə virusun varlığını bilmirəm, amma mümkün bir şeydir.

Tarlan Umud (2012-04-30 23:27:13)
Brouzeri hətta silib yenisi də yazdım, amma yenə də eyni şey

Remonal (2012-04-30 23:24:05)
Hmm.Onda səbəb yəqin ki, Browserdədir))...

Tarlan Umud (2012-04-30 23:21:30)
Çox sağolun, amma işarələnib o artıq

Remonal (2012-04-30 22:56:49)
Bir sayt Ətraflı Doğrulama SSL (EV-SSL) sertifikatı istifadə edirsə, təşkilatın adı da simvolun yanında yaşıl rəngdə görülür. Düzünü desəm bu bütün Chrome istifadəmçilərində olur.Amma səninki kimi yox.Bir şey deyəcəm yoxla. Chromenin yuxarısında sağda açar işarəsinə basın , Sonra "Настройки"-ə basın , "Дополнительные"-ə basın , "Проверить, не отозван ли сертификат сервера" sözünü işarələyin. İnşallah alınar))

Tarlan Umud (2012-04-30 22:24:44)
Tural bəy, amma əvvəl belə hal olmurdu axı, və həmdə bu bildiriş bir dəfə gəldikdən sonra daha gəlmirdi amma indi hər dəfə gəlir.

Tural Əlisoy (2012-04-30 22:23:03)
bu təkcə sizdə olmur. şəxsən məndə də olur. elə bir problem yoxdur. narahat olmayın

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook application da problem

Http və Https fərqi