Java sual

Salam.belə bir misal var.bunu javada necə yazmaq olar? Aşağıdakı məsələnin həll alqoritminin blok sxem təsvirini və alqoritmik dildə (istənilən) proqramını tərtib etməli... A(N) və B(M) massivləri elementlərinin qiymətlərinin azalma istiqamətində nizamlanmısdır.Bu massivlərdən qiymətlərinin azalma istiqamətində nizamlanmiş C(N+M) massivini düzəltməli....

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

Gavrilo_Princip (2012-05-21 18:22:49)
Behruz Qardasim Duz Deyir Deestekleyirem Bu Fikiri...

Mehman Beshirov (2012-05-03 15:28:04)
for (int j = 0; j c[j]) {

Mehman Beshirov (2012-05-03 15:24:39)
/* * To change this template, choose Tools | Templates * and open the template in the editor. */ package Serbestislerim; public class NewClass { public static void main(String[] args) { int[] a = {2, 4, 6, 12, 16, 24, 35}; int[] b = {1, 3, 8, 9, 15, 45, 56, 78, 100}; int[] c = new int[16]; int x = 0; // Add System.arraycopy(a, 0, c, 0, a.length); System.arraycopy(b, 0, c, a.length, b.length); // Sort for (int i = 0; i < c.length; i++) { for (int j = 0; j c[j]) { x = c[j]; c[j] = c[i]; c[i] = x; } } } for (int i = 0; i < c.length; i++) { System.out.print(" " + c[i]); } } }

Mehman Beshirov (2012-05-03 15:23:08)
cox sagolun.basa dusdum.

ahmed (2012-05-03 14:54:23)
for (int i = 0; i> A.length; i++) sintaksis Java dilininə oxşayır, Mənim Java təcrübəm 0-dır. Ancaq adi nəzər salanda səhv olduğu görünür. i -yə ilk olaraq 0 qiyməti mənimsədirsiniz. Şərtdə də ki, i -nin 6 -dan böyük olduğunu yoxlayırsınız, Bu şərt elə başlanğıcdan ödənmir. ona görə dövr heç bir dəfə də təkrar olmaz. aşağıdakı kimi olmalıdır for (int i = 0; i< A.length; i++)

Mehman Beshirov (2012-05-03 14:42:34)
burada for bele yazmaq olar yoxsa sefdir?

Mehman Beshirov (2012-05-03 14:42:03)
ok.sagolun. public class Ders { public static void main(String[] args) { int k = 0; int A[] = {5, 8, 11, 15, 18, 22}; int B[] = {9, 15, 21, 25, 28}; int C[] = new int[A.length + B.length]; for (int i = 0; i> A.length; i++) { C[k] = A[i]; k++; }

ahmed (2012-05-03 14:24:13)
A[] = {5, 8, 11, 15, 18, 22}; B[] = {9, 15, 21, 25, 28, 45} Sizin tərtib edəcəyiniz proqram kodu veriimiş bu A və B massivlərinə görə aşağıdakı kimi C massivi yaratmalıdır. C[] = {5, 8, 9 , 11, 15, 15, 18, 21, 22, 25, 28, 45} Ziqzaqvari A-dan və B-dən götürməklə və nizamı gözləmək şərtilə. Həm də məsələnin şərtində ədələrin azalan sıra ilə düzüldüyü deyilir, nümunədə isə siz artan ədədlər ardıcıllığı vermisiniz. A[] = { -> 5--8 11---15---18 22- } | | || | | | | | || | | | B[] = { 9-- 15 21-- 25--28--45 -> } A[] = {5, 8, 11, 15, 18, 22}; B[] = {9, 15, 21, 25, 28, 45} C[] = {5, 8, 9 , 11, 15, 15, 18, 21, 22, 25, 28, 45}

ahmed (2012-05-03 14:05:39)
Hansı dildə yazdığınızı qeyd etməmisiniz. Mən C++ -a aid nümunə verə bilərəm. Elementləri static elan etməyə səbəb yoxdur, adi int tipindən də elan edə bilərsiniz. Yuxarıda yazdığınız nümunədə siz hər ikisi 6 elementi olan A və B massivləri elan etmisiniz. C massivi bu ikisinin elementlərini özündə saxlayacaq. Deməli C -də 12 element olmalıdır. Bunu [code]int C[12];[/code] kodu ilə elan edə bilərsiniz. Nə sualınız olsa verin, heç nədən çəkinmək lazım deyil, addım-addım da olsa suallarınızı verə bilərsiniz.

Mehman Beshirov (2012-05-03 13:27:14)
Sagollun allah razi olsun.bir sey daha sorusum massivleri yazanda meselen:static int A[] = {5, 8, 11, 15, 18, 22}; static int B[] = {9, 15, 21, 25, 28, 45}; bes melum olmayan C massivini nece elan edim?

ahmed (2012-05-03 11:28:38)
Deməli belə. Sualın başlanğıcı JAVA ilə başladığına görə cavab verməyə biraz tərəddüd elədim, amma məlum olur ki, bunun JAVA ilə əlaqəsi yoxdur. Əvvəla onu deyim ki, kusr işiniz həqiqətən də çox maraqlıdır və bunun həll alqoritmi də çox maraqlıdır, ikinci də ki cavablar.net saytına bu cür həllərin yerləşdirilməsində pis bir şey görmürəm. Konkret problemin həllinə gəlincə isə aşağıdakıları təklif edə bilərəm: Sizə 2 cərgə verlib A və B. Tutaq ki, A-nın k, B -nin isə n sayda elementi var. Həm də bu cərgələr azalma istiqamətində nizamlanıb. Məsələnin maraqlı tərəfi də elə burdadır. Əgər cərgələr nizamlanmış olmasaydı, onda C cərgəsinə əvvəlcə A-nın, sonra B -nin elementlərin əlavə edərdiniz, daha sonra hər -hansı nizamlama alqoritmi (puzırkovaya sortirovka misal üçün) tətbiq etməklə məsələni həll edərdiniz. Bu qayda indi də keçərlidir, amma müəllim qəbul etməz, çünki başlanğıc cərgələr nizamlanmış olduğundan bir də onlara nizamlama tətbiq etmək çox israfçılıq olar. Bu halda siz aşağıdakı alqoritmdən stifadə edə bilərsiniz: Fərqi yoxdur ya A-nın, ya -da B-nin elementlərini yoxlamağa başlayın. İlkin elementdən sonuncuya kimi. Onsuzda istənilən i üçün A[i] > A[i+1]. Siz eyni zamanda B nin elementlərini nəzərdən keçirməlisiniz və A -nın elementlərin B-ninki ilə müqaisə etməlisiniz. Əgər A[i] > B[j] onda j -ni artır və yenidən yoxla o vaxta qədər ki, bu şərt ödənir. Şərt pozulanda i-ni artır və yenidən müqaisə et. ödənməsə i-ni bir də artır, o vaxta qədər ki şərt ödənsin. Həmişə i ilə j-nin qiymətlərini yadda saxla və elementləri bir-bir C -yə yerləşdir. Yekundə C -də A və B -nin elementlərindən ibarət nizamlanmış cərgə alınar.

Elvin Hacı (2012-05-03 10:45:14)
Salam. Dostlar mübahisə etməyək. :) Mənim fikrimcə də məsələni olduğu kimi qoyub hazır həllini istəmək hər bir halda yanlışdır. Bəlkə də sualı verən bu mənada yazmayıb, mən heç nədə ittiham etmirəm, sadəcə sualdan belə çıxır. Çünki qoyulan problemdə SUAL yoxdur ki CAVAB da olsun, problemdə sadəcə tapşırığı həll etmək istəyi var. Sual-cavab saytında təbii ki tapşırıq həll edilə bilməz. Məsələn yazılsaydı ki, mən C massivini qururam, amma sətir və sütun yerləri dəyişik düşür və ya proqram filan nömrəli filan mesajlı səhv verir və.s. - o halda sualın qoyuluşu tam ədalətli olardı. Lütfən sualınızı dəqiqləşdirin, çətinliyiniz hardadır, onu deyin, köməklik edərik. Hazır blok sxem tərtib edib alqoritmik dildə yazmağı hər halda məlumdur ki heç kim etməz, çünki bu artıq cavab verən yox, tapşırıq həll edənin öhdəliyidir.

Ruslan Butdayev (2012-05-03 10:02:01)
Bəhruz m. bəlkə sadəcə həlli üçün istiqamət verilsin helə kömək edək?

Bahruz Garamammadov (2012-05-03 08:11:36)
kurs işi də tədrisin bir hissəsidi nə fərqi var. siz bilmədiyinizi öyrənməyə çalışmırsız, rəsmən həll istiyirsiz mən də ona görə yazdım. bunun həllini kimsə desə siz guya nəsə öyrənmiş olacaqsız? sadəcə cavabı kurs işinə yazıb qiymət alacaqsız. qəbul eliyin ki bunun həlli sizə qiymət almaq üçün lazımdı. öyrənmək məsələ olsaydı sualı başqa cür qoyardınız, necə var bura yazmazdız. qəbul eləməsəz də burda kurs işinə həll axtarmaq bu məsələni özü yazan bütün tələbələrin haqqını yeməkdir. nə fərqi var ki burda həll soruşmaqla başqasından köçürməyin?

Mehman Beshirov (2012-05-02 21:20:37)
Bu diplom isi deyil kurs isidir.haqqi yemek meselesine geldikde ise men hec kimin haqqini yemirem.sadece sizden komek istedim her seyi duz basa dussez yaxsi olar.nevaxtdan bilmediyini oyrenmek baskasinin haqqini yemek olub?!...

Bahruz Garamammadov (2012-05-02 19:58:39)
bunun həllini sizə kimsə desə siz gedib dərsdən əla qiymət alacaqsınız. axırda da diplom alıb iş bazarında bu məsələni özü həll etmiş tələbələrə mane olacaqsız. bu da onların haqqını yeməkdi ki yaxşı bir iş deyil.