Monitor işləyir amma ekran açılmır

Salam hər vaxtınız xeyir ! Mənim sualım kompyuterlə bağlıdı. belə ki mən dünən axşam kompyuteri söndurdum yatdım ama səhər açanda işləmədi, yəni açılır ama ekrana elebil cərəyan keçmir. Prosessor işləyir,manitor işləyir amma ekran açılmır. Nə güclü ışıq olmayıb ki deyəm vurub yandırıb. Necə olur Kompu taxıram açılır amma klavyatura açılanda ışıq yanır axı o yanmır, sonra ekran heç açıllmır. Sizcə nədən olar ?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Malik (2013-12-03 17:00:07)
evdə atiston alıb yaddaş kartını çıxarıb yerinə şotka ilə atiston vur. və batereka var onu çıxarıb təmizlə birdəki spirt ilə silmə ləkə qoyur spirt.

mrRoYaL (2012-05-02 19:14:43)
Aydındı hər şeyə görə cox sağolun

Ruslan Butdayev (2012-05-02 19:06:47)
Prosessrun işləyib işləməməyinə kənardan əmin olma bilmərisz. Yaxşısı servisə aparın.. (küçədəki komp təmiri formatı yazılan yerlərə yox)

mrRoYaL (2012-05-02 19:00:16)
xeyir heç bir səs falan gəlmir normal olduğu kimi acılır səs gəlmir ama ekranı acılmır ama prosessor işləyir !

Ruslan Butdayev (2012-05-02 18:45:28)
CPU da problem olduqda belə hal baş verir.. Hər hansı siqnal səsi gəlir qoşanda?

mrRoYaL (2012-05-02 18:21:23)
Salam bu dediklərinizi yoxlayaram, ama əsas RAM-ı cıxarıb taxdım yenə ışləmədi, VGA -nı cıxarıb taxaram düzəlməsə Servisə müraciət edərəm, Ama yoxladım, nə kabeldə, nə də Klavyatura kabelində problem yoxdu. Əsas da kı, prosessor ışləyir ama acılmır kompyuter. bunu başa düşmürəm

sadixov87 (2012-05-02 15:56:15)
yuxarda qey olunanlardan elave ana plataya taxilmish 36kb mademi cixart ve kompu ishe sal prosessoruda cixarib yoxlaya bilersen

Ruslan Butdayev (2012-05-02 14:42:13)
Salam. 1. Case içərisi təmizdir? əgər təmiz deyilsə təmizləyin. Sonra RAMları səliqə ilə çıxart yenidən tax. Əgər alınmasa ramların hər birini tək tək taxıb yoxla. 2. VGA (video kart) çıxart və kabelı bir başa Mainboard ın üzərindəki VGA çıxışa tax yoxla. əgər monitora signal gələrsə deməli vga da problem var. Bunlar ilk profilaktik tədbirlərdir.. Əgər heç bir effekt olmasa komputer sahəsindən anlayışınız bəseləmirsə daha uzağa getməyə yaxşısı servisə aparın. ola bilsin ki hər hansı detal xarabdır.. P.S. Problem monitorda və kabeldə də ola bilər məsləhətdir ki başqa bir kabel və monitorla yoxlayasınız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebooku televizora necə bağlamaq olar?

Monitorumda ləkə var.

PC-nin monitoru ağarir

Optimal monitor brightness/contrast ayarları

Notebook ekranı dəyişdirmək (matte – glossy)

Ekranda sarı ton