Hər kəsə salam! Mən lap əvvəlcə 1 dənə boş dvd diski aldım və ubuntu ƏS-i bu diskə burn etdim. Gördüm ki, proqram yazır ki, disk boş edyil. Bu üsulu müxtəlif bəlkədə 8-10 dənə proqramla yoxladım. Ümumiyyətlə oşibka verir və disk noutbukda öz-özünə çıxır. Yazılır ki, disk boş deyil. Mən elə bildim ki, disk xarabdır. Getdim 2-ci başqa yerdən dvd disk aldım və eyni hadisə bundada oldu. Sonra isə mən başqa ƏS yəni windows xp yüklədim. İndi onu da diskə burn etmək olmur. Hər dəfə yazılır ki, disk boş deyil və s.. Disk bom boşdur və heç kim tərəfindən istifadə olunmayıb. Bunu iki disklə yoxlamışam amma bir sözlə alınmır. Lap əsəbləşmişəm. Bu nədən ola bilər? Bir də bu İSO-nu başqa hansı yollarla diskə burn etmək olar? xahiş edirəm mənə kömək edin.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
İSO formatlı faylı Fleş karta da yaza bilərsiniz. UNetbootin proqramı həm hazır iso-nu USB-ə yaza bilir həm də istədiyiniz pulsuz ƏS-i internetdən köçürüb USB-ə yaza bilir
1
Bundan əvvəl mən burada mövzu açmışdım ki, bəs mənim biosum fləş kartdan boot etmir. Xahiş edirəm kömək mənə edin.
1
Bəlkə diskovodun xarabdır? Başqa kompyuterdə burn etməyi yoxla?
Sual verin
Cavab verin