İnternet çəkdirmək

Salam.Mən özüm Bakı-Sumqayıt yolunun üstündəki Abşeron Gənclər Şəhərciyində yaşayıram.Burda Telefon olmadığı üçün ADSL xidməti mümkün deyil.Data kartlarda demək olarki işləmir,həmdə sərf eləmir.Başqa cür necə İnternet çəkə bilərəm mən evə?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Mehman Elxanoglu (2012-05-05 11:45:19)
Kabel televiziyası ilə də (AiləNET, KATV1, AktivOL, EuroSel, MetroNET və s.) çəkdirmək olar, ancaq nəticəsi necə olar bilmirəm...

Elvin Hacı (2012-05-04 20:08:20)
Limitsiz ADSL-dir, onu da JEK-lə maraqlanın, görün xəbərləri varmı nə vaxta təşkil edəcəklər :)

IT + (2012-05-04 17:40:41)
Mənə trafiksiz lazımdı.Amma data kartlar sərf eləmir

Elvin Hacı (2012-05-04 17:30:06)
Vodafon 3g-lərdə ən zəifidir. Azercell Datakart və ya Bakcell Datakart da yoxlayın, xeyli fərq var. Azercell ilə rahat 2-4 Mbit/san sürətiniz olacaq.

IT + (2012-05-04 16:40:08)
Soruşmaq yox alib gətirib yoxlamışam.Sazz heç tutmur,Elcell həmçinin.30 Azn verib Vodafonda aldım tutmasa ondan yaxşı.Yəni ki mənə sürətli İnternet lazımdı oda yoxdu çox təssüf

Elvin Hacı (2012-05-04 16:29:07)
Orada telefon qəti yoxdur? Axı ADSL elanları filan görmüşəm mən o şəhərciyin içində. Deyəsən Connect. Datakartlar da işləməlidir, 3G rabitəsi orada həm Nar həm də Azercelldə var. Bakcell də olar yəqin ki. Bəlkə evin divarları mane olur, pəncərəyə yaxın yoxlamaq lazım. Başqa yol qalır Sazz və ya Elcell, onlarla əlaqə saxlamaq lazım. Məsələn Sazz Xırdalanda tutur. Xırdalanda tutursa bəlkə sizin şəhərcikdə də tuta bilər, soruşmaq lazım.