USB driver silinibsə nə etməliyəm?

Mənim Dell İnspiron N5110-noutbookum var. Kompüterdə Bluetooth-la telefona qoşulmaq olmur. Qoşulmaq istəyəndə yazılır ki, driver axtarılır. Bir müddətdən sonra yazılır ki, "Bluetooth Peripheral Device" driver tapılmadı. İnternetdə nə qədər axtarmışam, amma tapa bilməmişəm. Daha doğrusu nəticələr gəlir amma hələ bir saytdan yükləyə bilməmişəm. Bunun ucbatından girib başqa driver yüklədim. Bu yeni yazılan driver USB 2.0 driver-ini sildi. İndi USB 2.0 portu da işləmir. Bilən şəxslərdən xahiş edirəm cavab yazsınlar. Həm Bluetooth , həm də USB 2.0 driveri haqqında cavab yazın xahiş edirəm. Bir də onu da qeyd edim ki, USB 3.0 portu işləyir. Onda heç bir problem yoxdur.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Namiq Bəndəli (2012-05-06 14:41:17)
Notebook-un modelini tam göstərmək lazımdır.

Namiq Bəndəli (2012-05-06 14:40:31)
Yüklə, USB ilə də problem düzələcək. Intel HM67 Express Chipset Family (50868)

best_love (2012-05-05 17:37:28)
namiq mənədə kömək etdəəə

Javko (2012-05-05 15:07:44)
Çox sağol Namiq Bəndəli. Göstərdiyin link-lərdən girib yüklədim. Bluetooth problemi aradan qalxdı. İndi təkcə USB 2.0 portu işləmir. O problemin də cavabın bilən varsa, xahiş edirəm yazsın.

Namiq Bəndəli (2012-05-04 23:59:29)
Rəsmi səhifədən yükləməyi yoxlamısan? Dell Wireless 1701 Bluetooth v3.0+HS Intel Centrino Advanced-N 6230 Bluetooth Adapter (51061)

best_love (2012-05-04 14:33:49)
əla bu sualı mən də verəcəkdim məndə hp i5-dir blutuz driver yükləmək isəyirəm məndə də həmin problemdir telefonla baglantı qura bilmirəm