Peşəkar Nikon fotoaparatı

Salam mənə peşəkar nikon fotoaprat modeli lazımdır. Hansılar məsləhətdir?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Senan Mehman Oglu (2016-11-25 21:47:40)
Size Nikon D800 ve Nikon D4s meslehet gorurem,

ceyhun_aliyev (2012-05-07 23:17:54)
Cavablara görə təşşəkür Birdəki fotoqraf işləmək üçün hansi nikon modeli yaxşıdır,

saka-muka (2012-05-07 07:58:58)
canon 5D mark 3 çıxıb uje

aftosh-nfs (2012-05-06 22:24:18)
Tələbənin cibinə ən uyğunu D3100dür. Yox, studiya səviyyəsində, kommersiya məqsədli bir fotoqraf olmaq istəyirsinizsə, onda yuxarıdakıların hamısı yaxşıdır, amma mən Canonu məsləhət görərdim 5D Mark II

Namiq Bəndəli (2012-05-06 14:32:44)
deməli belə. Nikon Professional seriyası D700 modelindən başlayır, digər modellər (D90, D7000, D200, D300, D300s) yarımprofessional sayılır. Əgər tam professional maraqlandırırsa D800 (3000 manat, ancaq BODY) nəzərdən keçirin. Nəzərə alın ki, professioanl kameraların profesiional da lenslərə ehtiyacı var (baza olaraq 24-70mm f/1:2.8 = 1850 manat). Amma mənim başa düşdüyüm qədər, siz professional dedikdə DSLR nəzərdə tutmusunuz, əgər doğru anlamışamsa D3100 modelini məsləhət bilirəm, qiyməti 550-600 manat arasıdır və bu qiymətə lens də (18-55 f/1:3.5-5.6) daxildir.

Remonal (2012-05-05 22:01:16)
Peşəkar Nikon fotoaparatı istəyirsinizsə mən sizə Nikon D800-ü məsləhət verə bilərəm.Amma qiyməti olduqca bahadı : 3000 azn-dən başlayır. 1. Nikon D800 36.3 Megapixels 3000 azn-dən başlayır 2. Nikon D300s 12.3 Megapixels 1200 azn-dən başlayır 3. Nikon D90 12.3 Megapixels 930 azn-dən başlayır 4. Nikon D7000 16.3 Megapixels 1170 azn-dən başlayır 5. Nikon D40 6.1 Megapixels 330 azn-dən baılayır 6. Nikon D200 10.2 Megapixels 340 azn-dən başlayır və.s Özün bil.Ucuz aparatların funksiyasıda az olur)))

Tarlan Umud (2012-05-05 21:45:34)
Salam. Hal-hazırda dünya reytinqində Nikonun D7000 versiyası professional seçim kimi qəbul olunur. D7000 haqqında ətraflı məlumat üçün buraya daxil olun Nikon D300s body, D90, D700 body kimi seçimlərdə məsləhətdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Fotokamera seçimində kömək…

Hansı Nikon daha peşəkar və yaxşıdır?

NIKON d3000 fotoaparatı məsləhətlidirmi?

Nikon D3300 ilə bağlı mənə kömək edə bilərsiniz?

Nikon d3100 yoxsa fujifilm hs30?

Tam professional fotoaparatlar hansılardır?