Hostinq köçürmədə səhf

Salam, mən köhnə hostinqimdəki faylları backup edib yeni hostinqə köçürdüm, indi herşəy olduğu kimidi təkcə şəkillərdən başqa, saytda şəkillər açılmır. Şəkil olan faylın üzərinə tıklayanda belə səhifə açılır. Problemi necə həll edə bilərəm. Öncədən təşəkkürlər! (Not Found The requested URL /wp-content/uploads/2012/04/Biglia.jpg was not found on this server. Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request.)

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

black_09 (2012-05-08 12:53:31)
Çox sağol qardaşım nəhayət tapdıq, problem qısayoldadı) əsl papka 120 Mbaytdı, burada 128 kb yazılıb. yenidən yükləyim düzələr yəqin

Onar Alili (2012-05-08 12:46:20)
Bəlki şəkillərin qısa yolları düşüb? Siz FTP`dən həmən qovluqda kı şəkili öz kompyuterinizə atın açın.açılırsa şəkildə problem yoxdur açılmırsa demək qısa yollardır FTP atdığınız şəkillər. Scriptidə həmən şəkillərə olan linkə baxın ola bilər ki köhnə saytınızın adı linklərdə var ona görə tapmır. saytınAdi.com/wp-content/uploads/2012/04/Biglia.jpg

black_09 (2012-05-08 12:35:33)
edirəm amma heçnə dəyişmir. maraqlıdır ki, papkanı içində yüzlərlə şəkil var,lakin papkanın ölçüsü 128kb-di. bu necə ola bilər çox maraqlıdı. görünür şəkillər tam yüklənməyib. birdəki papkanı içindəki şəkillərdən bir neçəsini silirəm yenidən daxil olanda görürəm silinməyib. deyəsən uploads qovluğunda nəsə problem var.

Onar Alili (2012-05-08 09:09:48)
wp-content qovluğuna chmod 755 edib yoxlayın

black_09 (2012-05-08 01:06:31)
chmodu təkcə uploads papkası üçün 777 etməliyəm yoxsa ümumu vp-contactı? birdəki saytdakı şəkil /wp-content/uploads/2012/04/Biglia.jpg formasındadı, amma hostinqdə bu formada /wp-content/uploads/2012/05/Biglia.jpg fərqlənən təkcə axırıncı hissədəki (yəni 04/05) onuda dəyişirəm yenə alınmır.

Elvin Hacı (2012-05-08 00:43:18)
Salam. Şəklin əks olunmalı olduğu yerdən Copy image url verin, tam adresi alıb ayrıca baxın, çox güman ki görəcəksiniz ki papkaların yolunda hər hansı yanlışlıq var.

Onar Alili (2012-05-08 00:10:50)
Salam /wp-content/uploads/2012/04/Biglia.jpg Ola bilər ki həmən qovluğu oxuma icazəsi yoxdur chmod 777 edin.