Kompüter fləş kartı tanımır

Hər kəsə salam! Deməli, mən 2-3 ay bundan əvvəl ebaydan bir 32gb-lıq fləş kart aldım. Sonra bu 1 həftə qabaq kompa ubuntunu yazmaq üçün başqa bir kompda bu fləşə ubuntunu burn etdim və gətirib onu kompa yazanda ubuntunun yükləmə menyusunda mənə göstərdiki 32 gb yer var və mən də səhvən çaşıb o fləş kartın yaddaşını iki hissəyə böldüm. Birincini 4 gb saxladım o birisi isə 28 gb oldu. 4 gb saxladığıma swap qoymuşdum. Nə isə, bu ubuntunu quranda komp dondu, mən də məcburiyyətdən kompa perezaqruzka verdim. Ondan sonra bu fləşi başqa kompa taxanda yazılırdı ki, guya ki, fləşin yaddaşı 4 gb-dir. Ondan sonra mən kompda kompüterə windows xp yazanda səhvən fləş kompüterdə taxılı qalıbmış. Vindovs formatında disk silib, yaratmaq bölməsində gördüm ki, bu fləşə yazıb ki, ümumi həcmi 32 gb-dir və 4 gb-sində guya disk yaradılıb, qalan 28 gb boş saha kimi qeyd olunub. Mən də bu qalan 4 gb-nıda sildim ki, bəlkə fləş əvvəlki vəziyyətinə qayıtdı. Amma tamam əksinə oldu. Heç fləşi kompüterdə tanımadı. İndi mən də ƏS kubuntudur. Kubuntu bu fləşi tanımır. Başqa kompda vindovs 7-yə salanda isə format istəyir və mən də formatı basıram oşibka verir. Xahiş edirəm mənə kömək edin. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Saxavat15 (2015-06-02 16:51:56)
Salam. Bu problemin helli yolu kimi hansisa proqram var?

isiqaqa (2012-05-07 20:46:40)
Yazdığınız üsul yaxşı yola oxşayır. Faydası olacaq!

Namiq Bəndəli (2012-05-07 20:33:51)
Sizin flash yaddaş qurğusunun yaması (firmware) zədələnib, bunu bərpa etməyin yolu var. Bu mövzunu oxuyun, sualınız olsa hər cür köməklik eüdə bilərəm (bu sahədə təcrübəm var).

Халид (2012-05-07 19:01:01)
qaqa mende de eyni şey baş verib ama men senin kimi ubunta ve .s bele yazanda olmuyub , durduq yere olub. flashin yaddaşı 2 gb idi indi ise cemi 8 mb gosterir umumi yaddaşı. vindovs7 işlədirəm. flashı taaxan kimi format istiyir ama olmur format elemek . nece düzeldim bunu ?

isiqaqa (2012-05-07 17:32:14)
Alındı! Allah sizdən razı olsun. Deməli mən Disk bölümü düzenleyici (KDE Partition manager) proqramı ilə kubuntuda bu fləşin təmamilə sildim, sonra orada yeni bölüm oluştur-da 31,2 gb verdim. Komp fləşi tanıdı! Çox sağ olun!

isiqaqa (2012-05-07 17:18:37)
Xeyr yaratmadım. Daha doğrusu yarada bilmədim. Çünki həmən vaxt boş sahədə disk yaratmaq olmurdu. Mən kompu format edərkən o əməliyyatı etmişəm. İndi təzdən kompu format edə bilmərəm axı. Birdə ki, bu utiliti başa düşmədim. Mən hələ 2-3 gündür ki, kubuntunu qurnuşam. Ona görə tam başa düşmədim sizin dediyinizi. Bu utilit haradadır?

Onar Alili (2012-05-07 17:12:42)
Salam Siz 28gb boş olduğunu görəndə 4gb sildiz bəs sonra həmən boş 32gb yenidən disk kimi yaratdız?yazınızdan belə başa düşdüm ki yaratmamısız boş olaraqda 32gb qalıb orda.Dəqiq bilmirəm nə nəticə verər ama həmən yerə yenində gəlin və boş olan 32gb yenindən yaradın. Ubuntu və s. ƏS`də disk utiliti var orda boş olaraq 32gb göstərir?