Facebook-da ismarış müəllifi ilə bağlı problem

Salam. Deməli, sual belədir: Facebookda A və B adlı istifadəçilər bir-birinə ismarış göndərirlər (bəlkə də çatlaşırlar), yəni A B-yə yazır, B də A-ya cavab yazır. Nə isə yazışıb, qutardıqdan sonra A yazdığı ismarışların özü yazmadığını iddia edir və iddia edir ki, parolu bilən hər hansı X adam onun adından girib, B ilə yazışıb. Necə sübut etmək olar ki, B ilə yazışan adam A-dır və ya X?! Bilirəm ki, məsələ axırda İP ünvanına gəlib, dirənəcək, fəqət sübutu necə etməliyəm, bilmirəm, məsləhətləriniz?!

Verilmiş cavablar və yazılan şərhlər (17 cavab var)

nermin N1 (2012-08-07 17:57:56)
salam men bir suala cavab axtariram eyer mesajlari silmisemse nece ede bilerem dostlugumda olan adamlardanda mesajlar silinsin?

musarir (2012-05-12 16:30:57)
Bu lap tənlik olduku- diferensial tənlik .Niyə diferensial dedim ona görəki siz bu tip məslələrdə məntiqiniz işlətməlisiniz .SE deyilən bir qavram var onunla tanışsınız ? Əgər engineering bacarığınız vasa burda proqramlaşdırma sizə yardım edəcək yox əgər elə deyilsə əliniz üzün ən azından fiziki yetişmək kimi imkanlarda söhbət gedir..Qeyri leqal yollar iləsə ancaq indidən sonraki addımlarını bilmək olar deyə fikirləşirəm amma buda çox asan bir şey olsa idi onda net`də surf siz deyən kimi asn olmazdı və hamı kimisə maraq naminə izlərdir ... :D

black_09 (2012-05-08 12:57:24)
O baxır onların iş rejiminə, birdəki sualın vacibliyinə, yəqinki elədə çox olmaz. Hər halda gec-tec cavablanacaq. Zuckerbergə məktub yazacaq qədər vacib bir məsələdirsə, məncə artıq çoxdan yazmalıydın :)

Mehman Elxanoglu (2012-05-08 12:57:21)
Aktiv sessiyalar da məsələyə aydınlıq gətirə bilər, ancaq aktiv sessiyalar çox qısa vaxtı göstərir (təqribən son bir həftə). Bəs aktiv sessiyalara daha artıq baxmaq, yəni bunu artırmaq olmazmı?!

Mehman Elxanoglu (2012-05-08 12:54:13)
Zückerbergə məktub yazası olsam, cavab mənə neçə gün ərzində çatacaq?!

Mehman Elxanoglu (2012-05-08 12:52:46)
B ilə mən söhbət etməmişəm A söhbət edib (hələ bu da dəqiq deyil, çünki, o da iddia edir ki, B ilə X söhbət edib).

black_09 (2012-05-08 12:49:11)
Belə çətin olacaq, ən axırıncı yol Zuckerbergə məktub yazıb olanları bir-bir başa salasız. çünki bütün dəlillər onun əlindədi :)

Tural Əlisoy (2012-05-08 12:47:18)
B ilə aranızdakı keçən dialoqda elə bir şeydən söhbət düşə bilər ki, bunu X adama sual kimi verəndə bilməz yanlış cavablar verə bilər. başqa variant ağlıma gəlmir :)

Mehman Elxanoglu (2012-05-08 12:46:29)
Xeyr, bu imkanım da yoxdur.

Mehman Elxanoglu (2012-05-08 12:45:43)
Həm A-nı, həm də B-ni tanıyıram, X şübhəli şəxsdir, yəni məhz mənim şübhələndiyim şəxs olmaya da bilər.

black_09 (2012-05-08 12:40:42)
X-adlı istifadəçinin email adresini bilirsiz vəya həmin istifadəçini tanıyırsız?

Onar Alili (2012-05-08 12:39:24)
Bəs A`nın loglarına baxa bilirsiz?

Mehman Elxanoglu (2012-05-08 12:33:51)
Səhv etməmək yalnız Allaha məxsusdur, insan əli dəyən hər şeydə cüzi də olsa, mütləq səhv vardır. O səhvi tapmaqda kömək lazımdır, fikirləşin görək :)

Onar Alili (2012-05-08 12:28:38)
Burda artıq insan faktorudur texnologiya çarəsizdir :)

Mehman Elxanoglu (2012-05-08 12:02:32)
Məsələ orasındadır ki, nə A, nə də X Byə ismarış yazmadığını iddia edir. Bilinən odur ki, A-dan B-yə ismarış yazılıb. Sual: A yazmayıbsa və X A-nın parolunu bilirsə, deməli, X də yaza bilər. Bəs bunu X-ə və ya A-ya necə sübut edə bilərəm? X-in loglarına baxmaq kimi şansım yoxdur, çünki, X-in kompüterində CCleaner quraşdırılmışdır. Sübutu necə edim, məsləhətiniz?!

Onar Alili (2012-05-08 11:36:29)
Salam Hansı İPlərin yazdığını görmək kimi bir şansınız olmadığı üçün bunu B və X yazışdığı vaxtı A nın harda olduğunu soruşa bilərsiz və ya o vaxtda A internetdə olubsa və ya facebooka giribsə demək yazışan A imiş.Yəni A həmin saatlarda facebooka daxil olubsa demək A danışıb.Loglara baxmaq kimi şansınız varsa bunu dediyim kimi sübüt edə bilərsiz.

emaill (2012-05-08 11:22:48)
Demek olar ki mümkün deyil çünki ip ünvani sonuncunu gostere biler vaxtla yox.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook səhifə yönəltmək.

facebookda səhifə silmək

Facebook-da şəkil albomundan şəkil silmək istəyirəm

Facebook

facebookda saytın linkini paylaşanda title və şəkil düşmür

joomla+vbulletin+facebook