Paypal re-enable card

Mən paypal-də qeydiyatdan keçdim. Kart əlavə etdim. kartın paypal kodunu bilmədim deyə kartı paypaldan sildilər. İndi isə kartı əlavə edəndə belə şeylər gəlir: We have disabled the use of this card on PayPal. You can add a different card. If you'd still like to use this card with PayPal,send us some documents. Xaiş edirəm kömək edin.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2014-01-17 16:49:25)
Xeyr

Раван (2014-01-17 16:27:30)
salam. 4 rəqəmli kodu 3 dəfə yalnış yığdıqdan sonra kart paypalda blok olur. eger o hesabı bağlasam və yeni hesab acıb həmin kartla o hesabda paypalda qeydiyyat etsəm alınar?

Emil_Rustamov (2012-05-14 11:47:19)
Onu da deyim ki, həmin 1$ dörd rəqəmli kodu təsdiq etdikdən sonra sizin hesaba qayıdır.

Emil_Rustamov (2012-05-14 11:45:45)
Yox, o 4 rəqəmli koddan artıq keçib. O sizə kömək etməyəcək! Əgər həmin kartı işlətmək sizin üçün prinsipaldırsa o zaman həmin kartın sizə məxsus olduğunu təsbit edən sənədləri bankdan alıb göndərə bilərsiniz. Bu əsasən arayış (kartın nömrəsi, bankın adı və s. göstərilməklə) və ya aylıq çıxarış ola bilər. Məsələ orasındadır ki, ödəniş kartını ilk dəfə paypal"da qeydiyyatdan keçirəndə onlar təxminən 1$-a yaxın məbləğ silirlər sizin hesabdan və bu əməliyyatın kodu (hər bir əməliyyatın kodu olduğu kimi) Paypal"dan verilmiş 4 kod kimi görstərilir bankın sistemində. Vaxtında həmin kodu Paypal"da təsdiq etsəydiniz (sadəcə yazmaqla) indi problem olmazdı. Siz internet banking və ya SMS-notification"a qoşulsaydınız əməliyyat haqqında bu cür zəruri məlumatları anında özünüz görə bilərdiniz. Hər hansı sualnızı olsa buyurun.

Tarlan Umud (2012-05-09 09:50:45)
Salam. PayPalda qeydiyyatdan keçdikdən sonra banka zəng edib 4 rəqəmli şifrəni öyrənməlisiz. Operator sizə həmin şifrəni verdikdən sonra əməliyyat apara bilərsiz. eBay və PayPal haqqında bir çox suallara cavablar.net saytında ətraflı cavablar verilmişdir. Buraya daxil olun.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payoneerdən kart sifarişi

ebay və paypal hesabi bağlamaq

Almaniya bank kartı üzərindən qazandığım pula görə vergi ödəmə

Paypal vasitəsilə ödəniş qəbulu

Ebay – paypal ödənişdə error

paypaldə olan pulun bolkarta yüklənməsi