eBay və PayPal problemi

Salam. Bu yaxınlarda eBay-dan telefon aldım və pulun da elə həmin an paypal vasitəsi ilə ödədim. Sonradan eBay-da məhsul haqqında məlumatları oxumadığım yadıma düşdü, və oxuyanda gördüm ki telefon Retail Box-da satılır. Mənə isə orginal qutusunda lazımdı idi, bundan sonra dərhal paypal-da disput açdım ancaq paypal bildirdiki ən azı 1 həftə gözləməlisiz. daha sonra isə 45 gün. Satıcıya bildirdim ki, səhv olub, zəhmət deyilsə pulu geri qaytarın. O da deyirki ödənişinizi yoxlayın və təsdiqləyin. İndi mən ona pul göndərdiyimi təsdiqləməmişəm ya paypal-da disput açdığım üçün ödəniş satıcıya çatmayıb? Bir də mükünsə bilənlər "Retail Box" sözünün mənasını tam mənasını deyin də.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Elvin Hacı (2012-05-09 23:57:38)
Hər halda burda satıcıda heç bir günah yoxdur. Diqqətsizlik etmisiniz, disput açmısınız. İndi müəyyən müddət keçməlidir və pul sizə qayıtmalıdır. Satıcı özü dərhal qaytara bilər. O uzatsa 45 günədək uzana bilər, ondan sonra ebay qaytarır.

Cabbarov Sübhan (2012-05-09 22:44:15)
Yox ee Elvin, imenni orginal qutusunda lazımdı. Satici Top Sellerdi, Feedback-ləri oxudum, problemli bir şey görmədim. İndi satici deyir ki Disput açdığın üçün göndərmirəm. İndi ona yalvar ki pulu versin dəə. İşim var vallah.

Elvin Hacı (2012-05-09 17:11:48)
Nə fərqi var axı, alın işlədin də :) Satıcının reytinqi yüksəkdirsə narahat olmayın, məncə belə xırdalıqlarla uğraşmağa dəyməz.

Cabbarov Sübhan (2012-05-09 13:54:19)
Onar mən konkiret Nokia N8 mobeli almışam onun standart qutusu belədi Mən də istəyirəm ki elə olsun. İnternetdən yoxladım OEM Box deyə bir şey də var. Deyirlər ki OEM standartdı. Retail Box isə hansısa bir karton qutu içində satmaq deməkdi.

Onar Alili (2012-05-09 12:59:51)
Linkdə Retail Box nə olduğu haqqda idi.Narahat olmuyun aldığınız telefon qutu formasındadır əgər Retail Box yazılıbsa.

Cabbarov Sübhan (2012-05-09 11:50:05)
Məlumat ingilis və türk dilində olsa yaxşı olar. Mən google-də axtardım ancaq bir şey başa düşə bilmədim.

Onar Alili (2012-05-09 11:47:31)
Salam 1ci sualınıza o haqqda bilgim olmadığı üçün cavab verə bilmiyəcəm. Retail Box qutu şəkilində dəməkdir.Məncə sizdə qutu formasında istəyirsiz almaq. http://forum.oszone.net/nextoldesttothread-33118.html