Avtomobil saytı

Salam. Elə bir avtomobil saytı axtarıram ki, bazası bol olsun, avtomobilin bütün mümkün xarakteristikalarına görə seçim (əsasən ərtaflı axtarış) etmək şansım olsun. Saytın hansı dildə olmasının fərqi yoxdur (rus dilində olsa, lap əla olar).

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Mehman Elxanoglu (2012-05-12 21:10:29)
Təəssüflər olsun ki, son saytda da “yanacaq işlətmə (litrlə)” bölməsini (seçimini) tapa bilmədim. Yadıma gəlir ki, bir dəfə axtara-axtara belə bir rus saytı tapmışdım, geniş bazası var idi, üstəlik genişləndirilmiş axtarış imkanları da, ancaq indi xatırlamıram saytın adını...

aftosh-nfs (2012-05-11 21:33:54)
www.mobile.de demək olar ki bütün avtomobillər və onların xarakteristikaları var. Sayt 5 dildədir. Girişdə almanca olsa yuxarı sağdan dili dəyişə bilərsiniz. Bəzi avtomobillərdə yanacaq sərfi göstərilməyə bilər. Onda həmin kataloqdakı digər avtomobillərə baxın. Mütləq tapacaqsınız. Əgər tapmasanız modeli yazın mənə, sizə məlumat verim.

Remonal (2012-05-11 19:18:30)
Avtomobil.Az Bazası olduqca böyükdür.Həmdə xaricdən avtomobil vermə var.Qaldı ki, "yanacaq işlətmə"yə mən biləni avtomobilin Ətraflı məlumatında yazılmalıdır o... Turbo.Az Yerli avtomobil satışında ən çox bazası olan saytlardan biridir...

Mehman Elxanoglu (2012-05-11 17:00:57)
Göstərilən saytların heç birinin ətraflı axtarış sistemində "yanacaq işlətmə (litrlə)" bölməsi yoxdur, mənə də əsas bu lazımdır.

Onar Alili (2012-05-11 16:09:00)
Salam http://turbo.az/site/search http://avtomobil.az/az/advancedsearchcar/search.html http://testdrive.az/?menu=advanced-search

Tarlan Umud (2012-05-11 15:57:02)
avto.az avtomobil.az maxi24-az.com Bu saytlarda da kifayət qədər maşın satışı elanı var. Amma ən yaxşısı Elvin Hacı qeyd etdiyidir, yəni turbo.az

Elvin Hacı (2012-05-11 15:50:39)
Salam. Sadəcə kataloq ya satış saytı? Satış saytı yerli sayt turbo.az var, bazası kifayət qədər böyükdür. Sadəcə kataloq saytı isə başqa cavab verənlər deyəcək ümid edirəm, mən maraqlanmıram deyə bilmirəm.