H2H.az elan

Salam mən h2h.az saytında foto texnika bölməsində elan qoyulmuşdu londondan fotoaparatları sifarişlə göndərirlər skype danışdım nikon d90 modelini 350 dollara göndərirlər 3-4 günə elə bir şey mümkündür?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Paranoid (2012-05-29 18:36:59)
Mən həmin qaydada fotokamera sifariş vermişəm. Şirkət(cameraworld) qanuni fəaliyyət gösterir. qorxmağa lüzum yoxdu. 3 iş günü ərzində çatdırılmalıdı. Fedex sürətli çatdırılma servisidi. Ancaq 50USD ödənilməlidi. Əlavə olaraq pul transferi Western union vasitəsi ilə olduğu üçün o da 29USD əlavə xərc çıxır. Ümumu 79USD xidmət xərcindən əlavə malın qiymətişş Qeyd edim ki Azərbaycandaki qiymətlərlə müqayisədə sərf edirş

Emil_Rustamov (2012-05-14 11:34:56)
Və ya pulunu malı qəbul etdikdən sonra ödəyin. Dədə-baba qaydasıyla. Ən qarantiyalı yolu budur :)

aftosh-nfs (2012-05-11 21:42:25)
Bir az inandırıcı görünmür. Onlardan saytları və satış fəaliyyətləri barəsində məlumat əldə etməyə çalışın. Olur ki, göndərdikləri məhsul ya refurbished yada işlənmiş ola bilir. Onda siz artıq heç nə edə bilmirsiniz.

Elvin Hacı (2012-05-11 12:28:49)
Bu xidmət göstərənin reputasiyasından asılıdır, yaxşısı budur məlumat əldə etməyə çalışın sonra sifariş verin. Vəd edən çox şey vəd edə bilər, əsas odur ki əvvəlki vəd etdiklərini aldadıb ya aldatmayıb.

Onar Alili (2012-05-11 11:56:15)
Salam Əgər inanırsızsa ki o məhsl gələcək alın ama yaxşı olar ki ebay kimi bilnən və bu işlə professional şəkildə məşgul olan qaranti verən yerdən alasız.Məhsul gəlsə belə bəzən saytda göstərilən vəziyyətdə olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

H2h -da reklamı görüb Malayziadan telefon sifariş etmişəm