Laptopun monitoru qəfil sönür-Təcili

Assalamualeykum! Laptopun monitoru qəfil sönür, lakin prosessor işləyir. Start düyməsinin işığı yanır. Amma monitorda heç bir işıq yoxdur. Laptop düymədən söndürüb yenidən yandırdıqda laptop işləyir. Digər məlumatlar. Hp pavilion core i7 HDD 500 GB, Ram 4GB. C diski parçalanmamışdır. Original olaraq HDD üç yerə C, D, E diskinə parçalanmışdır. D diski 23 GB, içində Hp TOOLS olan E diski 100 MB, yerdə qalan C diski isə 444 GB idi. MƏn bir il bütün məlumatımı C diskinə yüklədim. amma bu yaxınlarda virus təhlükəsinə görə C diskini HP driver və digər programların yerləşdirilməsi üçün H=200GB şəxsi və G=60 GB HP olmaqla daha iki yerə böldüm. Bunlar bölündükdən sonra C diskində Windows System üçün texminen 100GB boş yer qaldı. 1. C diskini bir neçə yerə parçalamaqla laptopun perfomansının artmasını düşünürdüm. Bu haqda fikirlərinizi bildirin. 2. Parçalanmadan sonra laptop normal açıldı. amma Heç bir gün çəkmədi ki, yuxarıda qeyd etdiyim kimi aradabir monitorun sönməsi qeyde alınmaqdadır. Bu halların neden baş verməsi ehtimallarını bildirmənizi xahiş edirəm. Əvvəlcədən Sonsuz təşəkkür edirəm.!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

shandorrado (2012-05-12 18:02:57)
Musarir, cavabin ucun tesekkur edirem.

musarir (2012-05-12 16:05:19)
HP`nin burada service mərkəzi var ora aparmağı yoxlayın..Daha yolda təmir adı altında formatşiklərə verməyin sistemi çünki Freedos`da gələn sistemə Zver yükləyib satan PC marketlərdə elədə işinin əhli mütəxəsis demək olar ki olmur .Ən gözəl üsül service`yə aparmaqdır onlar orda lazımı səviyyədə analiz etmə imkanına malikdirlər daha qaş düzəldib deyib vurub gözüdə çıxarmırlar

aftosh-nfs (2012-05-11 21:35:49)
C diskini bölərkən drayverlərlə bağlı problem yarana da bilər. Və ya system faylları zədələnib. İnanmıram ki hardware problemi olsun. Format verməyi yoxlayın.