PayPal Refund müddəti

Salam. Bu yaxınlarda ebay-dan mal almışdım, elə olduki disput açdım. Sağ olsun satıcı da diyəsən refund edərək pulu geri qaytardı. Ancaq bankomatdan çıxarış edəndə pulun geri qayıtdığı yazılmır. Və balansımda pul olmur. PayPal-a baxıra yazırdıkı tamamlanıb. PayPal Şəkli: Şəkildə ödənişin edildiyi və Refund edildiyi görünür. Bu da tamamlandığını göstərən şəkil: İndi pul mənim kartıma niyə köçməyib. Bankdan soruşdum başdan edib dedilər ki 14-30 gün çəkə bilər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Emil_Rustamov (2012-05-14 11:31:14)
Sizin internet bankinq hesabınız olsaydı bankınızla, orda həmin məbləğin bloklanmış şəkildə hesabınıza oturduğunu görərdiz (əgər problemsiz banka köçürüblərsə). Adətən bu cür refund"lar bank hesabına köçürüləndə min 2-3 gün, max 1 ay ərzində, hər hansı anlaşılmazlıqlar aradan qalxana qədər, bloklu şəkildə qalır.

Cabbarov Sübhan (2012-05-11 19:33:05)
Məlumata görə sağ olun.

Tarlan Umud (2012-05-11 14:29:59)
Salam. Bu gecikmə halı ola bilər. Əsas sizin PayPal accountunuzda refund göstərilir. Bankdan pulu sizin hesabınıza keçirtmək 3-4 gün uzana bilər. Əyər keçməzsə siz yenidən banka müraciət etməyə cəhd göstərin. Şənbə və Bazar günləri təbii ki, bu əməliyyat keçirilmir.