Web block

Salam. Mənim evdə oğlum bütün gün facebooka girir. Mən necə edə bilərəm ki, öz kompyuterimdə facebook saytina girə bilməsin. Yəni ki, saytı yazanda açmasın o site. Bunun üçün elə program var ? Mən əvvəl tapmışdım amma sonra format edende yadımdan çıxıb adı yaza bilmədim. Elə bir yaxşı proqram varsa zəhmət olmasa deyərdiniz (Təşəkkür edirəm)

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Natiq Hüseynov (2012-05-11 13:34:07)
Chox sagolun Işdeki kompyuterdə elədim, alındı. Təşəkkür edirəm hamınıza.

Onar Alili (2012-05-11 13:32:15)
Bəli olacaq video olaraqda baxa bilərsiz http://www.youtube.com/watch?v=x9gB1hK0h7Q

Mehman Elxanoglu (2012-05-11 13:25:59)
http://www.youtube.com/watch?v=Z80NnTupbxU

Onar Alili (2012-05-11 13:25:30)
Buyurun video http://www.youtube.com/watch?v=WDFzOlZN3jM

Mehman Elxanoglu (2012-05-11 13:25:07)
Antivirus hansı dildədir? Əgər ingiliscədirsə, təqribən bu cür olacaq: KİS 2012 Parent Control

Natiq Hüseynov (2012-05-11 13:23:53)
Mende Win 7 dir. Bunu etsem 100% girmeyecek kompyuter Facebooka ?

Onar Alili (2012-05-11 13:22:37)
Salam Notepad üzərində sağ düyməni sıxın Run as Adminisstrator edin sonra yuxarda menudan File - New klikləyin və C:\windows\system32\drivers\etc\ qovluğuna gedin orda hosts faylı görəcəksiz onu açın aşağdakı kimi yazılar açılacaq 127.0.0.1 localhost setrinin altına əlavə edin 127.0.0.1 facebook.com Əgər sisteminiz Windows XP`dirsə onda sadəcə həmin qovluğa gedin və sətri əlavə edin. Uğurlar

Natiq Hüseynov (2012-05-11 13:17:24)
Agilli deyende 14 yashi var. Kaspersky 2012 di mende. Ora men nece parol qoyum ki, sayta gadaga dushsun. Evde iki dene kompyuter var her ikisinede bele shey edecem ki, gire bulmesun kompyutere. Men ishde olan hallarda butun gunu kompyuterde kechir. Bele hallarda arada girir. Kasperskyda men nece ede bilerem ? Zehmet olmasa video kimi gondere bilersiniz baxim edim..

Cabbarov Sübhan (2012-05-11 12:57:21)
Siz bunu müxtəlif yolla edə bilərsiz. Əksər brouzerlərin (internetə girdiyiniz proqram) özündə belə qadağa sistemləri olur. Ancaq uşağınız ağıllıdısa başqa brazuer yükləyib yenə sayta girə bilər. Ancaq əgər Avast, Kaspersky, Nod32 kimi anti virus proqramları varsa onlarla istənilən sayta qadağa qoymaq mükündü. Anti Virus vasitəsi ilə sayta qadağa qoyulsa və anti virusa parol da qoyulsa uşağınız istədiyiniz sayta girə biləməyəcək. (Bir az da ağillidisa yenə girəcək).