brandbook.az saytı tam olaraq nədir?

Salam, weboxuda oxudum brandbook.az saytı açılıb. dəvətnamə ilə qeydiyyatdan keçdim. Sayt tam olaraq necə işləyir. Sadəcə biraz daha işləyişi haqqında məlumat almaq istəyirəm. yəni private shopping klubu deyirlər bunun nə olduğunu bilmək istərdim. Bu start-upı dəstəkləməyə dəyər?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Emil_Rustamov (2012-05-15 17:47:57)
Orda sayt acilan kimi ad familiya və email yazıb qeydiyyatdan keçin. Özləri göndərəcəklər sizə dəvət. Düzü hələlik normal bir brend zad yoxdur, amma yəqin işləməyə başlayarlar yaxın zamanda. Rusiyanın məşhur KupiVip.ru saytı kimi bir ideyadır.

IT + (2012-05-14 10:37:57)
məni kim dəvət edeəcək ki məndə klub üzvü olum ?

serdar12 (2012-05-12 22:30:11)
Rustam suala göndərdiyin cavabını bura əlavə etdim. Çox sağol. Halal et.

serdar12 (2012-05-12 22:21:26)
brandbook.az e-ticarətin bir modeli olan private shoppingi tətbiq edir. Özəl alışveriş klubu da demək olar buna. Qapalı sistemlə işləyir. Yəni sadəcə dəvətnamə vasitəsiylə qeydiyyat etmək olur. Bu model Fransada yaranıb ilk dəfə. Sonra Amerikada bənzəri yarandı. Model özünü xarici bazarda isbat edib artıq. Hətta qardaş ölkə Türkiyədə e-ticarət bu modelin tətbiqi ilə çox böyüdü. Brandbook.az isə yeni başlayıb və Azərbaycanda ilk private shopping klubudur. İşlmə prinsipi haqqında məlumat verim. Qısa müddətli kompaniyalar təşkil edir. Hər bir brend üçün 7 günlük kompaniya açılır. 7 gündən sonra satışlar dayandırılır yəni kompaniyalar bağlanır və sonrakı 7 gündə fərqli brendlərlə yeni kompaniyalar açılır. Və bu o deməkdir ki 1 ayda bir birindən fərqli brendlərin məhsullarını almaq şansımız olur. Amma ən vacibi ENDİRİMLƏRdir. Brendlər ancaq endirimli qiymətləri ilə kompaniyaya çıxa bilərlər. Qiymətlər bazardakı qiymətlərdən aşağı olmalıdır. Bu endirimlərdən isə ancaq Kluba üzv olanlar yararlana bilərlər. Yəni brandbook.az bu fürsətləri ancaq öz üzvləri üçün yaradır. Digər diqqəti cəlb edən tərəf isə aldığımız məhsulu geri qaytara bilirik (Mağazalardan fərqli olaraq). Təbii ki bəzi təməl şərtlər var. Məs: geri qaytarılacaq məhsul istifadə olunmamış olmalıdır. Geri qaytarma müddəti isə 7 gündür. Bundan əlavə aldığımız məhsulun ünvanımıza çatdırılması kompaniya bitəndən sonra ən gec 14 gündür. Çatdırılma isə pulsuzdur. Qısacası brandbook.az belə işləyir. www.brandbook.az saytının bütün haqqları BRANDBOOK Ltd. şirkətinə aiddir. Azəraycanda E-Ticarət şirkətləri qurulmağa başlanıb. Brandbook.az investisiya alsa çox böyüyüyər. Bu həm də Azərbaycanda e-ticarət sahəsinin böyüməyi deməkdir. Bu startup-ı dəstəkləməyə dəyər. Nəinki Brandbook.az-ı, ölkəmizdə olan bütün startupları dəstəkləməliyik.