Koordinat sistemləri

Hər kəsə salam. Mənə SK42 koordinat sistemindən SK63 koordinat sisteminə keçid düsturları lazımdır. SK42 koordinat sistemindən SK63 koordinat sisteminə keçmə alqoritmi axtarıram, əks alqoritmi bilsəm də, bu alqoritmi bilmirəm. Mən həmin bu alqoritmi axtarıram. Məsləhətləriniz?! Məlumat üçün deyim ki, SK63 koordinat sistemindən SK42 koordinat sisteminə keçid düsturlarını bilirəm, ancaq əks düsturları bilmirəm. Qeyd: SK42 və SK63 koordinat sistemləri uyğun olaraq 1942 və 1963-cü ildə yaradılmışdır. Soyuq müharibə dövründə koordinatlar ələ keçməsin deyə 1963-cü ildə SK42nin bazasında yeni bir koordinat sistemi yaradıldı və SK42 gizli saxlanıldı, SK63 isə adi kəndli üçün də açıq idi. Gizliliyə görə təbii ki, düsturlar da gizli saxlanılırdı hamıdan. Mənə məlum olan odur ki, o dövrlər bu işlərlə məhz Azərbaycanda məşğul olan Nekrasov adında bir geodezist olmuşdur. Hesablamaları kod halına salan isə Higer adlı bir yəhudi olmuşdur. Soyuq müharibə bitdikdən və peyk sisteminə qoşulduqdan sonra artıq heç bir gizlilik qalmadı, lakin düsturlar hər-halda "qəbrə getmədi", ən azı ona görə ki, mən SK63-dən SK42-ə keçid düsturlarını bilirəm. Bəs əks düsturları bilən varmı?!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Mehman Elxanoglu (2012-05-19 11:19:13)
SK42-də 8 və 9-cu, UTM-də isə 37-ci zonada olmalıyıq səhv etmirəmsə...

Emin Mastizadeh (2012-05-17 01:02:49)
Hələlik ancaq bunu tapa bildim. Siz bildiyiniz düsturu verin,əks düsturu tapmağa çalışad.Google axtarışdan belə çıxdı ki,doğurdan da ölü mövzudur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Map-da Koordinatların qeyri-dəqiqliyi

Komputerdə 2-ci videokarta kecid

Soundclouddan Facebooka qoşulmaq.

Java Proqram haqqında

3-cü qrup keçid ballari üçün sualım var.

Bura necə gedə bilərəm