.flv formatlı videoları .3gp-yə çevirmək

Hər kəsə salam! Mən youtube-dən köçürtdüyüm videolar .flv formatında olur. İndi istəyirəm ki, o videoları telefona da köçürə bilim. Hansı proqram var ki, .flv formatlı videoları .3gp-yə çevirsin. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

Baxışov Rauf (2012-06-19 15:14:36)
clipconverteri.cc yoxladim işləyir.

Bextiyar Memmedov (2012-06-09 12:58:15)
Ən yaxşısı Youtube-də videoya baxarkən link-də youtube sözünün önünə "ss" yazıb enter edin və kənarda istədiyiniz formatlar veriləcək birini seçin .

EskoZ (2012-05-16 12:48:59)
Mən Emicsoft FLV Converter proqramını məsləhət görürəm,özüm də bundan istifadə edirəm çox sadə və çox funksiyalıdı,hətta videoya logo da vurmaq olur.http://www.4shared.com/zip/ljRoFtjW/Emicsoft_Flv_Converter_v4118_w.html

fightclub_husen (2012-05-14 14:31:46)
Xilisoft Video Converter programını məsləhət görürəm..Demək olar ki, bütün video formatlarını dəstəkləyir. torretn saytlarından bu programı yükləyə bilərsiniz rutracker.org

Tural Əlisoy (2012-05-14 10:24:36)
Belə bir sayt da var. http://video.online-convert.com/convert-to-3gp

Tural Mecidov (2012-05-13 22:03:50)
yox mən birbaşa saytından özündən istiyirdim faylı konvert edən necəki Tural qardaşımız burda bayaq bir sayt qoymuşdu ona bənzər onun kimi

Elvin Hacı (2012-05-13 21:56:28)
Zamzar.com məşhurt fayl konvert saytıdır. Kompüter proqramları üçün isə asanlıqla Google-dan tapa bilərsiniz, məsələn Video converter for Ubuntu yazmaqla. Nəyisə axtaranda Kubuntu üçün yox, Ubuntu üçün axtarın, çünki Kubuntu ayrı bir ƏS deyil, sadəcə Ubuntu-ya kfce örtüyü yazıb ayrıca təqdim edirlər. Xubuntu, Gubuntu, Goobuntu və.s. çoxlu belə versiyalar da var. Ubuntu-da işləyən proqramlar orda da işləyir

Tural Mecidov (2012-05-13 21:31:18)
siz belə buna bənzər başqa online sayt bilirsiz linkini qoyardız zəhmət deyilsə

Tural Mecidov (2012-05-13 21:28:41)
hmm demək ki xarabdı server köhnəlib ona görə

Tural Əlisoy (2012-05-13 20:58:04)
fikirləşdim brauzerlik ola bilər amma deyilmiş. yoxladım chromeda convertasiya gec olur. dayanmadım çıxdım :)

isiqaqa (2012-05-13 19:58:41)
Proqram yaxşı proqramdı. Amma zəhmət deyilsə Kubuntu üçün olanını yazardızda.

Tural Mecidov (2012-05-13 19:52:44)
niyəki sizcə bu brauzerdəndi?

Tural Əlisoy (2012-05-13 19:48:10)
saytın özü beta ərəfəsindədir deyə belə səhvlər olur. digər brauzerlərdə yoxlayın

Tural Mecidov (2012-05-13 17:52:12)
bu verdiyiniz online sayt çox qəşəng saytdı xoşuma gəldi ama bir əmması varda burdan videonu yükləmək olmur orda istifadə qaydasında deyilirki yükləməni başlatmaq üçün aşağıdan başla bülməsinə daxil olmaq lazımda ama məndə o başla bölməsi yoxdu bu nədəndi kömək edərdiz

Tural Əlisoy (2012-05-13 17:37:32)
Salam. Sizə rahat olacaq bir sayt. YouTube video linkini bu saytda göstərilmiş yerə əlavə edərək videonun formatın seçərək formatın çevirib komputerinizə endirərək telefonunuza ata bilərsiz http://www.clipconverter.cc/tr/

ceyhun_aliyev (2012-05-13 16:52:48)
Salam bəli mümkündür burdan yükləyə bilərsiniz http://www.softportal.com/software-9536-format-factory.html

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İndiyə kimi YouTube videolarına yazdığım kommentlərin siyahısını tapa bilərəm?

Adsense”la Bağlı Promblem

Vestel TV-də problem

VÖEN olmadan Adsensedən pulu necə köçürüm?

Youtube Kanal

YouTube profil şəkilini videonun üzərində yerləşdirmək