Paypal ərizə forması

Mən şəxsiyyət vəsiqəsinin kopyasını göndərdim. İndi isə belə şey istəyirlər: • A credit card statement confirming your current street address. Amma mən bilmirəm ərizə formasını. Xaiş edirəm kömək...

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Musfiq (2012-05-26 14:52:13)
Mənə ebaydan alış-veriş etmək üçün lazımdı. Amma SolidTrustPay-lə etmək olmur bunu

Abbaszadə Nurlan (2012-05-24 15:28:39)
Mənim sizə məsləhətim online ödənişlərdə əsasən pul qəbulu zamanı, PayPal əvəzinə SolidTrustPay sistemini istifadə edin, çünkü bu sistem Azərbaycana pul göndərir və problem yaratmır. Buradan daha ətraflı baxa bilərsiniz. SolidTrustPay - internetdən pul qazanmaq

Musfiq (2012-05-14 14:41:51)
mənim kartımı paypal blok etmişdi. indi kart əlavə etmək istəyirəm amma kartı təsdiqlətmək lazımdı. ona görə bəzi sənədlər tələb edirlər.

Emil_Rustamov (2012-05-14 11:12:22)
Şəxsiyyət vəsiqəsində ki ünvanı təsdiqləmək üçün bankdan çıxarış istəyirlər. Çıxarış yəni bir müddət ərzində etdiyiniz əməliyyatlar, ünvan və bankın adı göstərilməklə sənəd. (bizim üçün yəqin ki, rəsmi bank arayışının skan variantı da olar) Bu amerikanlar bu cür identifikasiya istəyirlər hərdən, amma mənim yadıma gəlmir ki qeydiyyatdan keçəndə belə şey tələb etsinlər. Sizə nə etmək istəmisiz ki, bunu tələb ediblər?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

paypal balans cixarişi

Ebay karti qəbul eləmir

Ebayda satdim, pul qebul ede bilmediyim ucun refund edildi

ebay disput açmaq

PayPal sistemində hansı tip Visa kartlar işləyir?

Paypal