İP dəyişikliyi

Salam. iş yerimdə facebook, youtube kimi saytlara daxil ola bilmirəm. zəhmət olmasa köməklik göstərərdiz.

Verilmiş cavablar və yazılan şərhlər (17 cavab var)

Ruslan Butdayev (2012-05-15 10:50:49)
Təbiidir. Azeərbaycanda bu düzgündür Elvin. Bizdə anlayış xaricdən fərqlidir. İşçi əlinə şans düşəndə bütün günü çatlaşmağa üstünlük verir nəinki işləməyə. Ona görə də bağlamaq səmərəlidir. Şəxsi təcrübəmdir.

Elvin Hacı (2012-05-15 09:36:04)
Salam. Qadağanın mən də əleyhinəyəm. Ümumiyyətlə işçi deadline-da işi təhvil verirsə, onun hansı sayta girməsinin nə etməsinin əhəmiyyəti olmamalı. Bir çox xarici şirkətlərdə də belədir. Amma elə şirkətlər də var ki firevall qadağasına üstünlük verir və biz buna da hörmətlə yanaşmalıyıq. Hər şirkətin öz daxili nizam intizam qaydaları mövcuddur. Əngəli aşmaq istəyən aşacaq deyirsiniz, bu belə deyil, sərt firevall məhdudiyyətini aşmaq üçün gərək bu sistemdən baş çıxaran bir adam olasan. Orta statistik bir şirkətdə isə belə işçilərin sayı adətən 0 olur, ya olanda da olsun 1-2. Hər hansı mühasibatçı, laborant, tərcüməçi və.s. hardan bilsin ki firevall necə aşılır və yaxud proxy tunnel məntiqi nə deməkdir. Məsələn mən tanıdığım bir şirkətdə odnoklassniki qadağan olunub, nəticədə əvvəl hər gün 300-400 nəfər girirdisə o sayta, indi 1-2 nəfər girə bilir. Amma 300-ün hamısı GİRMƏK İSTƏYƏNLƏR qrupuna daxildir, sadəcə bacarmırlar. Çünki sadə proxy saytlar ilə belə girməyin də qarşısı alınıb.

Ruslan Butdayev (2012-05-15 09:04:31)
exe freedos servaka virus dusur? siz eminsiz bele dediyine? Lap bize ise girmeye terifli adam gondermisdiler freedos da TMG qaldiriram demeyine oxshadi.. ))

musarir (2012-05-14 21:24:42)
Bu iş yerlərindəki qadağalar heç cürə anya bilmirəm ... keçənlərdə Adminlə söhbət eliyim bu barədə ki niyə əksər officail acces`lər denided olub .. Cavabı nə ola yaxşıdı Freedos servaka *exe paketlərindən virius düşür... İndi siz fikirləşin Microsoft`un update`lərini bəzən manual edirmək lazım olur .. bu halda indi necə başa salansankı ay insan niyə parazitlik edirsən axı sistemi update etməkdə elədə qeyri leqal heçnə yoxdur .. amma əksər Fb kimi social networklərdən istifadə demək olarki kreativlik gətiri əksər firmalara .. yəni bunu əngəlləməyin nə mənası var ? ya heyif deyil mi ildə neçə milyon inet pul verilir elə ondansan bu xərci azaldıb neti kəsinlər əvəzində işçilərin maaşına əlavələr eləsinlər.... daha neynirlər gb`lar trafiki böşu-boşuna sərf edirlər özüdə elektron sənəd dövruyyəsinə bu trafikin çox cuzi hissəsi sər olunur .. Elvin marğında olan onsuzda bu əngəli aşamağa calışacaq .. istəyir firewall ən sıx qaydalarla nizamlansın ... istər istəməz bir bug tapan olur... bir ehtimal deyimdə təsəvvür eləki elə vaxt olur sən o anlıq hansısa yararlı exe`li tools yükləyib excute etmək istəyirsən bu netdən endirmək olmur .. indi sən bundan ötrü hər dəqiqə adminin yanına qaçmalısan kı amandı bunu yüklə ver mənə yada gəl bunu instal elə bu client`ə ki mən onu istifadə edim

Ruslan Butdayev (2012-05-14 16:07:48)
Nəttər Məsləhətdi )))

Elvin Hacı (2012-05-14 15:45:25)
Ruslan, düzü bu sualdakı istəyin qeyri leqal olması barədə əmin deyiləm, çünki burada pozulsa pozulsa sual verənin işlədiyi yerin idarədaxili intizamı pozula bilər, ki bunun nədən ibarət olduğu, ümumiyyətlə olub olmadığı haqda bilgimiz yoxdur. Ona görə də sualı moderasiyadan buraxdıq ki dərc olunsun. Amma hər bir halda yaxşı olar ki izah edilməsin belə şeylər. Faydalı nəsə öyrətmək lazım, zərərli yox :) Həm də sual verən artıq yuxarıda log-lar barədə öyrəndikdən sonra vaz keçdi istəyindən mən bilən.

Ruslan Butdayev (2012-05-14 15:16:25)
Elvin bəlkə firevall dan keçirməyə lömək edək ? )) Admin sənsən, kömək sahəsi isə qeyri leqal istəkdi əgər icazə verirsənsə kömək edək keçirək ))

Ruslan Butdayev (2012-05-14 15:14:49)
Bu dediklərinizin Firevall a nə dəxli var ki? release edib ip ni yeniləyəndə nə dəyişiklik baş verir ki? İP dəyişə bilməz! Cünki DHCP server (router, svitch və s.) ip verəndə mac addresə görə verir sən min dəfə release elə dhcp serverdə dəyişiklik olunmasa ip dəyişə bilməz... Belə bir şərtdə ola bilər. Bəlkə statik İP durub həmin şəxsin komputerində? Firevall qurulanda onsuzda orda lazım olan təhlükəsizlik tədbirləri qurulur. İP dəyişməklə internətə girə biləcəksənsə deməli ordakı Administrator ya Adminloxdu ya da başından edib yola verir... Bu yazdıqlarımı tənqid kimi qəbul etmə sadəcə göstərdiyin yolun yalnış olduğunu izah etməyə çalışdım gələcəkdə sənə də lazım olar bildiyin yol səni yarıda qoyar...

Luna (2012-05-14 14:39:38)
demək qeydiyyat olur? onda həqiqətən girmək məsləhət deyil. Təşəkkür edirəm, kömək və məsləhətlər üçün.

Elvin Hacı (2012-05-14 14:29:40)
Salam. Firewall-dan firewall-a fərq var. Elə sərt firevallar var ki nə etsəniz də bir əlac tapa bilməyəcəksiniz. Elələri də var ki, proxy tunnel saytlar vasitəsilə qadağan olunmuş saytlara asanlıqla girmək olur. Məsələn proxshare.com, wildtunnel.com və.s. yoxlayın girməsə deməli sərt firevalldur sizdə. Həm də yuxarıda deyildiyi kimi sabah problem çıxa bilər iş yerinizdə, məsləhət deyil. Bütün girdiyiniz saytlar server log-da qalır, sabah asanlıqla sübut edə bilərlər sizə ki, iş vaxtı qeyri iş saytına girmisiniz.

Bahruz Garamammadov (2012-05-14 14:20:15)
iş yerində daxil ola bilmirsinzsə demək müdriyət istəmir daxil olmanızı:) sonra işinizə problem yaradarsınız.

Luna (2012-05-14 14:06:35)
təşəkkür edirəm . amma təssüf kömək olmadı. yenə də user gate yazılır

fightclub_husen (2012-05-14 13:24:12)
Və yaxudda @echo off ipconfig /flushdns ipconfig /release ipconfig /renew exit bu kodu notepad-a yazın bat formatına çevirib save edib faylı hər açanda ip dəyişəcək.

fightclub_husen (2012-05-14 13:21:51)
MS DOS-da ipconfig/release yazın entere basın.Sonrada ipconfig/renew yazın entere basın.

Onar Alili (2012-05-14 13:20:36)
Bəli Download Tor edin programdır yükleyin start edin connecting olacaq sonra özü browser açacaq orda yoxlayın daxil olamğı.

Luna (2012-05-14 13:17:33)
bağışlayın, saytdakı linki endirmək lazımdır?

Onar Alili (2012-05-14 13:13:12)
Salam https://www.torproject.org/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ümumiyyətlə İP dəyişmək yaxud gizlətmək mümkündür?

Tcp IP necə edim?

Htaccess də ip range

Subdomaini ipyə yönləndirilib, ancaq adres yerində subdomain görsənmir, ip görsənir

ip-lər qarışıb

ip koda düşür sayta girə bilmirəm