Belə bir kurs işi mövzusu var. Kömək edin zəhmət olmasa

Aşağıdakılar cədvəlin daxilində yazılmalıdı: 17| Kitabın kodu| Müəllifin adı | Kitabın adı| Buraxıldığı il |Kitabın varlığı | Strukturası verilmişdir. Verilmiş strukturadakı verilənlər üzərində aşağıdakıları yerinə yetirməli (alqoritmin blok sxem təsvirini və ixtiyari alqoritmik dildəki proqramını yazmalı): a). Strukturanın verilənlərinə uyğun ardıcıl fayl yaradan proqram yazmalı. Proqram fayla yeni yazılar əlavə etmək imkanına malik olmalıdır; b). a)- bəndində yaradılmış faylın yazılarını strukturada verilmiş kodun qiymətlərinin artma istiqamətində nizamlamalı və yeni ardıcıl faylda yadda saxlamalı; c). b)- bəndində yaradılmış fayldan istifadə edərək verilən koda görə birbaşa üsullu fayl yaratmalı d). a) və ya b) bəndlərində yaradılan faylların yazılarını ekranda tam cədvəl şəklində əks etdirən proqram tərtib etməli.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

ahmed (2012-05-17 10:24:52)
1. Siz elə bir proqram tərtib edə bilərsinizmi ki, "fayl1" adlı hər-hansı fayl yaratsın və onda "Her hansi setir" məlumatın yerləşdirsin? 1.a. Siz elə bir proqram tərtib edə bilərsinizmi ki, "fayl1" adlı faylda olan məlumatı oxuyub ekranda çap etsin? 2. Siz elə bir proqram tərtib edə bilərsinizmi ki, "fayl2" adlı hər-hansı fayl yaratsın və onda 567 ededin yerləşdirsin? 2.a. Siz elə bir proqram tərtib edə bilərsinizmi ki, "fayl2" adlı faylı oxusun və orada yerləşdirilmiş ədədi çap etsin?

Bahruz Garamammadov (2012-05-17 08:55:09)
a) istifadəçidən verilən struktura görə verilənləri isətyin, Javada bunu scan ilə, perl-də ilə etmək olur. istifadəçi verilənləri daxil edəndən sonra bunu bir dəyişənə assign edin sonra daxil edin dəyişənlərin qiymətini sətir kimi text fayla yazın. b) həmin fayldakı əlavə olunanları oxuyun hansısa bir array-a filan yazın və kitab koduna görə ya da o qabaqdakı 17 nədirsə ona gürə sort edin. sort alqoritmi lazım ola bilər. sxem blok da yəqin ki sorting alqoritmi üçün lazımdı, c) bunu nedəmək olduğunu başa düşmədim ama mənə elə gəlir ki deməy istiyir hər dəfə yeni məlumat daxil olanda onu sort edib text fayla əlavə etsin d) text faylı yaza bilmisinizsə ordakı məlumatı oxumaq problem olmaz, cədvəl şəkli deyirsə qrafik ui istifadə edə bilərsiniz. burda da loop lazımdı, faylın sonuna çatana qədər sətirləri oluxusun bir array-ə assign eləsin sonra da print etsin.