Programların avto başlamadan çıxarılması

Hər kəsin axşamı xeyr əziz userlər. Mən kompyuterdə vindovs live messanger,Mail agent bu kimi programlar kompyuter açılanda bunlarda avtomatik açılır. Mən bu programları avto başlamadan necə çıxara bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

elmir.gs (2012-05-17 19:20:13)
msconfig dən bunu eliyən zaman tam olaraq çıxmır axı autostartdan. həmin programı açdıqda yenə autostart aktiv olur

fightclub_husen (2012-05-17 00:21:13)
Və yaxudda yuxarıda Onar Alili dostumuzun verdiyi programa alternativ olaraq bu programnanda istifadə edə bilərsiniz. http://www.piriform.com/ccleaner/download

fightclub_husen (2012-05-17 00:18:28)
Start>Run ora regedit yazın.Açılan pəncərədə HKEY_LOCAL_MACHINE>Software>Microsoft>Windows>Current Version>Run olan yerə gəlin orda istədiyiniz programın adını tapıb silin.Və yaxudda HKEY_CURRENT_USER olan yerdən eyni yolla gəlin.

Fiko (2012-05-16 22:31:43)
təşəkkür edirəm!

Onar Alili (2012-05-16 22:26:39)
Salam Start > Run > msconfig yazın OK knopkasına tıklayın Startup bölməsinə keçin və yazdığınız programların qarşısınan işarəni götürün. və ya bu kişin programı istifadə edə bilərsiz http://technet.microsoft.com/en-us/sysinternals/bb963902.aspx