WordPress-də blog-ların aşağı hissəsində “comments” sözünün tərcüməsi və post-un yerləşdirmə tarixinin “published” sözünü tərcüməsi

Salam! WordPress-də blog-ların aşağı hissəsində "comments" sözünün tərcüməsi və post-un yerləşdirmə tarixinin "published" sözünün tərcüməsini hardan edə bilərəm? Tema-nın "comments.php", "Theme Functions.php" və digər .php-lərin içinə baxdım və tapa bilmədim. Tema-nın "editor" bölməsini aşağıda diqqətinizə çatdırıram və onlardan hansından düzəldə bilərəm? Öncədən təşəkkür edirəm =) 404 Template (404.php) Archives (archive.php) Comments (comments.php) Footer (footer.php) Header (header.php) Main Index Template (index.php) Page Template (page.php) Search Form (searchform.php) Search Results (search.php) Sidebar (sidebar.php) Single Post (single.php) Theme Functions (functions.php) classy-options-init.php (classy-options-init.php) core-functions.php (core-functions.php) core-hooks.php (core-hooks.php) core-init.php (core-init.php) meta-box.php (meta-box.php) options-functions.php (options-functions.php) presstrends.php (presstrends.php) theme-actions.php (theme-actions.php) theme-hooks.php (theme-hooks.php)

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

Rauf Əliyev (2012-06-20 12:56:08)
Codestyling Localization bu plugin-in işlədilmə qaydası necədir? azəri dilini add edirəm, .po-nu aktiv edir, amma .mo yox.

Rauf Əliyev (2012-05-20 23:00:20)
Salam. Bu kod tərcümə edir, yoxsa necə?

saka-muka (2012-05-20 18:46:11)
Salam, Bu plugindən istifadə edin Codestyling Localization

Tural Əlisoy (2012-05-16 19:46:40)
siz saytın adını yazın və ya temanın. ona görə ətraflı deyək. bəzi temalarda bu tip problem olur. fərqli yerlərdə yerləşdirirlər

Rauf Əliyev (2012-05-16 18:30:14)
"Read more..."u aşağıdakı koddan dəyişirəm, məsələn: "Ətraflı" yazıram, amma yenə də olduğu kimi "Read more"qalır. Bu barədə nə deyə bilərsiniz? [code] * Set custom post excerpt link text based on theme option. */ function if_new_excerpt_more($more) { global $themename, $themeslug, $options, $post; if ($options->get($themeslug.'_excerpt_link_text') == '') { $linktext = 'Read more...'; } else { $linktext = $options->get($themeslug.'_excerpt_link_text'); } return '<a href="'. get_permalink($post->ID) . '"> <br /><br /> '.$linktext.'</a>'; } add_filter('excerpt_more', 'if_new_excerpt_more'); /** [/code]

Rauf Əliyev (2012-05-16 17:20:51)
Ok çox sağolun, minnətdaram

Elvin Hacı (2012-05-16 17:19:10)
Yoxdursa yaradın, indiyədək istifadə etməmisinizsə təbii ki o qovluq olmamış olmalıdır. Create new folder ilə yaratmaq lazım.Tapmasaz theme-i Dropbox-a yükləyib linkini paylaşın, yükləyib baxaram özüm.

Rauf Əliyev (2012-05-16 17:01:43)
İş orasındadır ki, wp-content-də languages qovluğu yoxdu) Dediyiniz kimi theme koduna girmişəm, amma hələ tapa bilmirəm.

Elvin Hacı (2012-05-16 16:44:06)
Axı dedim wp-content/languages papkasına atmaq lazımdır mo faylını. Siz deyən papka theme-in öz mo-su üçündür, ümumi deyil. Başqa cür həll birdir, theme-in koduna girib kodda tapın o sözləri. Bir bir baxmaq lazım hamısına.

Rauf Əliyev (2012-05-16 16:16:48)
core/languages deyəndə, yəni wp-content/themes/temanın adı/languages qovluğuna atdım və root-dan dediyiniz kimi wp_lang-a AZ əlavə etdim və ancaq "comments" sözü "heç bir şərh yoxdur" sözü ilə əvəz olundu. Amma "Published" və "Read more..." sözləri tərcümə olunmadı. Onları başqa qayda ilə etməliyəm?

Elvin Hacı (2012-05-16 15:45:23)
core/languages? Yox, wp-content/languages papkasına atmaq lazım. Sonra root-dakı wp-config.php-də wp_lang parametrinə AZ qiyməti verib save etmək lazım. Sonra isə nəticəyə baxmaq lazımdır ki düzəldimi. Düzəlmədisə deməli _e və ya __ funksiyaları işlədilməyib və sizə sadəcə o sözləri tema-da axtarıb tapmaq qalır.

Rauf Əliyev (2012-05-16 15:28:20)
Çox sağolun Elvin Hacı. az.mo faylını core/languages papkasına atdım. Sonra dediyiniz _e() bu funksiyanı hara və necə əlavə edim? Biraz ətraflı məlumat verin zəhmət olmazsa. Təşəkkür edirəm.

Elvin Hacı (2012-05-16 15:19:07)
Salam. Bu sizin temanıza uyğun olaraq hansısa faylda gizlənib yəqin. Adətən elə comments.php, single.php və.s.-in özündə olur bu. Həm də əslində _e() funksiyası ilə yazılmalıdır o sözlər. Ki siz langiages papkasına az.mo tərcümə faylını atanda bütün sayt avtomatik tərcümə olunsun. Siz yoxlayın az.mo faylını, bəlkə elə temanızda mən deyən funksiya işlədilib deyə özü avtomatik tərcümə edəcək. az.mo faylını buradan endirə bilərsiniz. http://dl.dropbox.com/u/22319935/for%20public%20download/az.mo

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

wordpress sorğu içində sorğu göndərmək.

WordPress contact form plugin

wordpress meta_query value içində array

WordPress reytinq plagini

WordPress folder permissions

WordPress-ə tema yükləyərək travel saytı qurmaq istəyirəm