Modemin sıfırdan quraşdırılması

Salam. İllər öncə elə bilirdim ki, ADSL modemi quraşdırarkən üzərində olan disk ilə Setup etməklə internetə qoşulmaq olar. Ancaq servisin mənə verdiyi nömrəyə zəng edərək əslində quraşdırılmanın 192.168.1.1 (username=admin, password=admin) ünvanına girərək orada müəyyən şeyləri etməli olduğumu söylədilər. Söylənilənləri etdim, quraşdırılma 7-8 (bəlkə də bir az çox) dəq. vaxtımı apardı. İnternet işlədi, hər şey normala döndü. Ancaq o zamanlar internetə ADSLdən qoşulma "həyəcanım" üzündən "operator"un mənə dediyi quraşdırlma ardıcıllığını yadımda saxlamadım (bəlkə də buna lüzum görmədim). Sual: Bu sadə ardıcıllığı (yəni yeni qoşulan ADSL istifadəçisinin modeminin 192.168.1.1-dən quraşdırılma ardıcıllığını) bilən varsa, paylaşa bilərmi?!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Mehman Elxanoglu (2012-05-19 17:21:45)
D-Link DSL 2640U

Namiq Bəndəli (2012-05-19 14:31:17)
Modemin modelini yaz, hər modemdə bu, başqa cür olur.