İSO faylı çevirmək

salam,mən iso formatında oyun yükləmişəm.indi onu açmaq üçün arxivə çevirdim.arxivin içində 3 cür setup var: autorun.exe ; ts.exe ; tss.exe . bunlardan hansını açım?birdəki oyundan iki dənə iso düşüb. DVD1 DVD2 mən bunları ayrı ayrı açsam oyun açılacaq? nolar kömək edində

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

fightclub_husen (2012-05-21 11:07:16)
Dəyməz qaqa səndə sağol.

joeblek97 (2012-05-20 23:56:32)
alindi cox sag ol

fightclub_husen (2012-05-20 21:52:06)
2-ci diski istəyəndə ən 2-ci isonu daemon toolsda açən sonra 2-ci diski istəyən pəncərədə 2-ci diski patikası var məsəl üçün E:/ və s. həmin pəncərədə browse və yaxud ruscadırsa опции düyməsinə vurun sonra açılan pəncərədə o açdığınız iso my computer də virtual disk formasında olacaq onu ordan seçin və ok edin.

joeblek97 (2012-05-20 21:08:34)
indi təzədən yüklədim. yazırki 2cini qoy açdım ikincini ok-ye basıram amma yene gəlir. niyə

fightclub_husen (2012-05-20 18:08:26)
Onda çox güman ki, yüklədiyiniz oyunda problem var.

joeblek97 (2012-05-20 17:40:05)
birincini açdım instal elədim ustanovka oldu amma ikincini açanda 3dənədən artıq dolmur axı

fightclub_husen (2012-05-20 16:43:33)
İsoları sıraynan açmaq lazımdır birinci isonu açın ordakı setup faylını çalıştırın oyun install olunsun yüklənmə yarıya çatanda 2-ci diski tələb edəcək o zamanda 2-ci isonu açın və ok edin.Bu 2 diskli oyunu install etmək kimi bir şeydir.

joeblek97 (2012-05-20 16:02:35)
hər ikisidə bir papqadadı axı

Namiq Bəndəli (2012-05-20 15:58:50)
Hər iki İSO faylı - DVD1 və DVD2 - eyni qovluğa boşalt, əvvəlcə DVD1 sonra DVD2-ni. DVD2-ni boşaldanda bəzi faylların mövcud olduğunu deyəcək və əvəzləmək istədiyini soruşacaq, HƏ de. Sonra qovluqdakı autorun.exe faylının üstünə klikləyib aç, oyunu quraşdır.