USB Flash üçün antivirus

Salam, mənə fleş kart üçün antivirus lazımdır. Portable antivirus bilirəm, Belə bir antivirus proqramı var ki, fleşə yükləyəsən onu istədiyin komputerə salanda ona virus düşməsinə mane olsun. Bildiyim qədəri ilə portable antivirusları fleşə yükləyəndən sonra onu istədiyin komputerə taxtıqda həmin komputeri yoxlaya bilir. Mənə bu lazım deyil, komputeri yoxlamasın. Sadəcə olaraq özünə virus düşməyə mane olsun. Xaiş edirəm cavab xətrinə hər hansı bir antivirus adı yazmayın. Sınadığınız, düzgün işlədiyinə əmin olduğunuz hər hansı bir proqram bilirsinizsə söyləyin. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

thebrave (2012-12-27 18:52:54)
Sizin sualdan belə çıxır ki , ancaq flaşınızda olan və ancaq sizin flaşınızı qoruyan AV və ya hər hansı bir software istəyirsiniz . Amma təəssüf ki , texnologiya aləmində belə bie şey yaradılmayıb . Buradakı cavabların çoxunda isə security proqramları birbaşa flaşdə işləmir . Sizin istəyinizə yaxın olan flaşlar var və müdafiəsi də içində olur ( əlbəttə BAHALI olur )

Namiq Bəndəli (2012-05-23 19:10:41)
İstədiyin prqoram budur: USB Doctor Usb Doctor proqramı, flash yaddaş qurğularına virusların düşməsinin qarşısını almaq üçündür. Proqramı aç, flash yaddaş qurğusunun hərfini seç, next düyməsinə kliklə.

Onar Alili (2012-05-23 12:35:58)
Salam Bəli istədiyiniz tərzdə tam olaraq antivirus deyil ama malicious software deyilən yəni pis niyyətli programlarda qoruyan Flash Kartlar var Trend Micro flash kartlarını araşdırın.Burdan ətraflı məlumat ala bilərsiz,linkdə olan program flash kartın içində olur və avtomatik işləyir.

Ruslan Butdayev (2012-05-23 10:28:57)
Gəl sənə belə bir məsləhət verim.. Sənə kömək etmək istəyənlərə qarşı kobudluq da eləsən...(düzgün hərəkət deyil!) Proqrama güvənmək olmaz nə qədər də güclü AV olsa ondan virus keçməyəcək deyə bir şərt yoxdur.. Ona görə də üzərində LOCK düyməsi olan flaş kartlar var ki onu lock etdikdə içinə informasiya yazılmır və təbii olaraqda virus düşmür lock olanda. Ona görə də tap o flaşkadan rahatlıqla istifadə et... Düşünürəm ki sənin üçün ən yaxşı variant budur... O ki qaldı axtardığına flaşın içində əməliyyat sistemi olmadığı üçün istədiyin də praktiki olaraq mümkün deyildir..

Elvin Hacı (2012-05-23 09:18:31)
Saytda bir neçə gündür ki Cavablanmamış suallar adlı bölmə yoxdur, həll edilməmiş suallar var, onu da ki sual verən təyin edə bilir. Odur ki narahat olmayın sualınız orda qalır.

Ahmad Mammadov (2012-05-23 02:30:11)
Sizdən xahiş etdim axı bilmirsinizsə bir şey yazmayın. İndi sualım cavablanmış olacaq siyahıdan itəcək başqa bir cavab da ala bilməyəcəm. Yazdığımı diqqətlə oxumusunuzsa USB-dən kompa virus düşməsi barədə heç nə soruşmamışam. Bunu onsuz da istənilən antivirus edə bilir. Onların funksiyası USB və s. kimi yerlədən komputerə virus düşməsinin qarşısını almaq üçündü onsuz da.

Tarlan Umud (2012-05-23 02:25:26)
Belə bir antivuirus olduğunu deyə bilmərəm. Amma USB disc security adlı program var, onu kompyuterə yükləyin, USB dən kompa virus düşmə ehtimalını azaldır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Noutbukun yaddaşı azalır.

telefon usb

komputer usb

usb,hdd,sd card,flash kart təhlükəsizliyin təmini

USB(Məsləhət)

Kasperskiy Internet Security 2012