Facebooka daxil olmaq olmur

Salam mən neçə gündü ki öz facebook hesabıma daxil ola bilmirəm login parolumu yaziram belə bir görüntü ekrana gəlir Nə qədər qurdalıyıram alınmır ki alınmır xahiş edirəm bilənlərdən kömək etsin

Verilmiş cavablar və yazılan şərhlər (25 cavab var)

cinar (2013-11-10 12:04:32)
evvelce change bas sonra emaili daxil et

tama009 (2013-01-06 10:43:53)
mendede ele olmusdu amma 4 gunden sora ozu duzeldi yegin facede sene cox vaxt qoyublar 2-3 hefte

Fiko (2012-05-25 23:27:52)
yoxe sən dediyin tamam ayrı şeydi mən parolu bilirəm daxil oluram sadəcə qəribə qəribə yazılar gəlir ekrana

panda (2012-05-25 19:57:40)
Salamlar.Emaili yazandan sonra aşağıda parolunu unutmusan? sözü var.Mavi rəngdədir.ora basandan sonra şifrəmi unuttum.sonra emailə gir parol orda olacaq istəsən parolu dəyişə də bilərsən

Tarlan Umud (2012-05-23 23:25:34)
Facebookda hansı e-mail istifadə olunubsa onu yazın göndərin ora və həmin e-maile məktub gələcək. Siz bunu edin sonrasına baxarıq.

Fiko (2012-05-23 23:04:44)
qardaşım mən bu profili özüm açıb həmin adam üçün təzə bir mail nən qeydiyyat eləmişəm yəniki bu profil onun adınadı mənim adıma deyil

Tarlan Umud (2012-05-23 22:30:33)
Mən heç nə başa düşmədim. Profil sizin adınıza deyilsə daha siz onu necə aça bilərsizki? Çox güman ki, həmin profil üçün e-mail də sizin adınıza deyil. Belə çıxır ki account fakedir.

Fiko (2012-05-23 20:38:25)
ama dediyim kimi axı profil mənim adıma deyil bir başqasının adınadı indi mən öz şəxsiyyət vəsiqəmin kopyasını çəkib göndərsəm deyəcəyki profil axı sənin adıva deyil bax buda varda eh

Tarlan Umud (2012-05-23 20:30:37)
Aləmi qatdız ki, bir-birine :). Diqqətli olmaq lazım idi. Yenidən yazın göndərin və məktubun sonuna əlavə edin ki. "Sorry, the e-mail which I was using to enter my Facebook profile is ... ". Nöqtələrin yerinə Facebookda işlətdiyiniz e-maili yazın. Sizdən pasport kopyasını bu məktubdan sonra istəyəcək.

Fiko (2012-05-23 20:18:35)
ayda mən burda səhf elədim profil axı mənim adıma deyil sizdə yazmışdız ki profilin sizin adıınıza olacağ mailini yazın ama mən öz maiimi yazdım yəniki o bağlanan profil mənim mailim ə aid deyil

Fiko (2012-05-23 20:13:52)
qaqaşım siz dediyiniz kimi yazdım göndərdim getdi ama məndən şəxsiyyət vəsiqəsinin kopyasi istənilmədi

Tarlan Umud (2012-05-23 19:31:59)
Şəxsiyyət vəsiqənin kopyası, profilinizin həqiqətən də sizin adınıza olmasını təsdiqləmək üçündür.

Tarlan Umud (2012-05-23 19:25:04)
Hi, I run into a problem with my Facebook account, but I don't know the exact reason why this happens. It's been 5 days already that I cannot access to my account. As it always gives me "No verification are currently available. Please come back later" when I want to log in to my profile. It's very important to join my account now, but unfortunately I cannot. Hope you will sort this problem out ASAP as it is highly urgent for me now. Thanks in advance. Hope will hear from you very soon.

Fiko (2012-05-23 19:18:49)
qaqaş hansı mesaj? siz axı aşagıda mesaj yazmamısız..... birdəki bu şəxsiyyəti tələb edən sənədin kopyasının bunlarla nə əlaqəsi?

Tarlan Umud (2012-05-23 19:08:11)
Aşağıda yazıdığım məktubu şəkildə göstərilən "Additional info" bölümünə paste edin və yuxarıdakı digər xanaları da düzgün doldurun. Yazdığım məktubun sonuna isə FACEBOOK E-MAİL inizi də əlavə edin. Qısa vaxt ərzində sizin elektron ünvanınıza cavab məktubu gələcək. Əyər şəxsiyyətinizi təsdiq edən sənəd tələb olunarsa o zaman şəxsiyyət vəsiqənizin kopyasını həmin adresə göndərin.

Fiko (2012-05-23 17:51:30)
ok onda mən belə yazardımda, yəniki qısa konkret facebook hesabıma daxil ola bilmirəm zəhmət deyilsə düzəldərdiz bu qədər yəqin ki bu bəs edər

Tarlan Umud (2012-05-23 17:47:49)
Ok. Siz yazmaq istədiyinizi azərbaycanca bura yazın, ingiliscə tərcümədə köməklik edərik.

Fiko (2012-05-23 17:46:05)
mən axı ingiliscə bilmirəm

Tarlan Umud (2012-05-23 17:35:56)
Daxil olun bura Daha sonra isə aşağıdakı şəkil açılacaq. Problemi geniş və ətraflı şəkildə (ingilis dilində) "Additional info" bölümündə təsvir edin. Sizin e-mailinizə qisa zaman ərzində problemin həlli üçün məktub gələcək. Uğurlar

Fiko (2012-05-23 16:51:06)
ok qardaşım gözlüyürəm

Fiko (2012-05-23 16:50:36)
yox mən açmışam profili mailnəndə aktiv eləmişəm bir neçə gün işlədi sonrada bu problem oldu

Tarlan Umud (2012-05-23 16:40:58)
Ok. Başa düşdüm sizi. İndi şəkillərlə izahını qoyaram o qaydada davam edərsiz.

Tural Əlisoy (2012-05-23 16:40:50)
tanışınıza deyin görün o feysbuka giriş edərkən telefonuna kod göndərilsin seçimini aktiv edib? və ya girdiyi kopmun adını

Fiko (2012-05-23 16:34:19)
siz dediklərinizi eləmişəm ama bir faydası olmuyub ama mənə qəribə qalan buduki niyə belə olub bu artiq hardasa 5 gündü ki belədi qaldı ki o dediyiniz team nə deməkdi onu anlamadım məndə facebook türkcədi birdə ki bu profil mənim adıma deyil bir tanışımındı ama mən açmışam

Tarlan Umud (2012-05-23 16:18:03)
Salam. İlk öncə browserin history sini tam təmizləyin və yenidən daxil olmağa cəhd edin, əyər bir nəticə verməzsə o zaman 2-3 gün facebooka daxil olmayın. Əyər sonra yenidən daxil ola bilməsəniz Facebooka team a müraciət edərək problemi aradan qaldıra bilərsiz. Bu yaxınlarda mən da facebookda problem yaşamışdım, müraciət etdikdən sonra hər hansısa bir şəxsiyyətinizi təsdiqləyən sənədin (pasport, sürücülük vəsiqəsi və s.) kopyasını istəyir. Və problem haqqında ingiliscə ətraflı məlumat yazsaz tezliklə kömək edəcəklər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook da sorgu (poll)

Facebook APİ vasitəsi ilə səhifəmə admin kimi necə post əlavə edə bilərəm?

Facebook reklam haqqında

Facebookda kim profilimə baxmış

Facebook-da qoşulduğum səhifələrdən Уведомления gəlmir

facebookla bağlı bir sual