Ebaydan kitab sifariş vermək.

Salam, bundan əvvəl ebaydan müxtəlif cihazlar sifariş vermişəm heç bir problem olmayıb, 14-15 günə gəlib bütün sifarişlərim.Lakin sonuncu dəfə 1 kitab sifariş etmişəm üstündən 18 gün keçib hələ gəlməyib, poçta getdim ordan soruşdum dedilər ki, kitab sifarişi ayrı yerə gəlir burda ancaq bağlamalar gəlir, poçtalyonlar tərəfə gərək ordan öyrənəsən.Bilmək istəyirəm bu həqiqətən belədir? Kitab sifarişi niyə digərlərindən fərqlənir ki ?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Elvin Hacı (2012-05-27 17:58:56)
Salam. 18 günə gəlməməsi adi haldır. 1 aya kimi yubanma tez-tez ola bilən hadisədir. Bir qədər səbr edin sadəcə, gələcək

Cabbarov Sübhan (2012-05-27 13:51:16)
Xeyir belə deyil. Mən özüm kitab sifariş veriəm. Digər mallar kimi o da elə poçta gəlir. Onsuzda kitab açıq formada gəlmir ki. Qutuda gəlir. Onun kitab olduğunu bilmək üçün gərək zərfi açalar. Bir sözlə poçt işçiləri yalan deyir. Ola bilsin sifarişiniz gecikir. Adətən sifariş 14-21 günə gəlir.