Facebook application da problem

Facebook application üçün mütləq "https" olmalıdır? Çünki mən app. yaratdım öz hostingimdəki source kodlar olan ünvanı yazdım amma belə bir səhv göstərdi: "Error Secure Canvas URL must use SSL and begin with https."

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Arif (2012-08-14 04:41:37)
Facebookun özünün təklif etdiyin Heroku hosting xidməti keyfiyyətlidir ancaq sadəcə 5mb pulsuz disk həcmi verir.Cloud serverdi..istifadəsi üçün githubdan istifadə etməyi bilmək lazımdır.

Arif (2012-08-14 04:37:17)
salam.sizin tətbiqetməniz facebookda təhlükəsiz gəzinməni aktiv etmiş istifadəçilərdə işləməyəcəkdir.Domainni SSL certificate etsəniz də hostingdən onun işləməsi üçün dedicated İP almalısınız.O da bahadı.Bunun çıxış yolu free shared SSL-lə təmin edən hostinglərdən istifadə etməkdir.Heçbir problem olmadan işləyir.

Tima Lennon (2012-05-29 23:08:20)
Elvin, orda özlərinin təklif etdiyi bir servis var amma təssüflər olsun ki, həmən servisdən heç cür baş çıxarda bilmədim, hostinglərin özündədə SSL Ceritificate yeri var (ssl certificate generate) amma orda bir növ qeyri leqal kimi tanıdığı üçün facebook keçidi tanımır =( amma məncə 24$ (name.com - illik ) verib hər hansısa bir domaini SSL ceritifacte etmək daha sərf edər, gələcəkdə də lazım olsa istifadə etməyə

Elvin Hacı (2012-05-29 22:57:45)
Tima, bəli https vacibdir son dəyişikliklərdən sonra. Amma bununçün pul verib https sertifikat almağa gərək yox, elə dev tools-da bu xidməti ucuz qiymətə təklif edən bir iki sayta link qoyub facebook, səhv yadımda qalmayıbsa. Cloud serverdir deyəsən

Tima Lennon (2012-05-29 22:53:59)
Ali, məsələ ondadırki facebook keçən ilin oktyabr ayından sonra , app on facebook- üçün istifadə olunan Canvas Url üçün yalnız SSL sertifikatı olan ünvan istəyir (domain) o üzdən alınmırmış =S amma "Login" üçün Login Url yazmaq kifayət etdi, amma facebookun içində app yazmaqda ötrü mütləq httpS lazım olacaq deyəsən =S

Ali (2012-05-29 17:52:53)
sen https i http ilə dəyiş və yenidən yoxla

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook inbox qrup mesajı

facebookdakı reklam olunan sayt

Facebook’da şəkil paylaşmaq olmur

Facebook profili silmək

Twitter ismarıclarım facebook inbox-a

Facebook APİ vasitəsi ilə səhifəmə necə post əlavə edə bilərəm.