Facebook profilimdə at oynadırlar. Bu necə ola bilər?

Mənim profilimə kimsə kənardan daxil olur.İsmarıcları mənnən qabaq oxuyur başqasına ismarıc yazır və.s.Şifrəni hər dəfə dəyişirəm yenə daxil olur.Axi mən bilən facebookda şifrəni hec cürə gormək yada oyrənmək mümkün deyil.Yalnız yeni şifrə təyin etmək mümkündü.İndi elə etmişəm ki kənr device daxil olanda mənə sms gəlir.Bayaq yenə gəldi deməli kimsə cəhd eliyib alınmiyib.Xahiş edirəm bilən varsa yazsın profilin şifrəsini hansısa yolla öyrənmək olur?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Xaliq Babayev (2012-05-29 00:21:39)
Tesekkur edirem her kese fikirlerine gore.ama buna care tapmaliyam tez bir zamanda.((

Zeyko (2012-05-28 22:50:12)
mailin kodunu bilirse, demeli facenin kodunu da bilir.. mailin de, facenin de kodunu deyiwdir

Elvin Hacı (2012-05-28 20:25:03)
Mailə də daxil olursa onda facebookluq nəsə yoxdur, kompüterlikdir, facebookun parolunu dəyişməklə heç nə olmaz. Hər halda burada yazmadığınız nəzərinizdən qaçan hansısa məqam var ki səbəb də odur. Məsələn iş yerindən girə bilərsiz, iş yerində də remote admin proqramı ola bilər və.s.

Xaliq Babayev (2012-05-28 20:10:27)
Kompu tezelikce format etmiwem inanmiram keylogger olsun.Ama maraqlisi odur ki,bir qrupda olan bir nece adamin profiline bele daxil olur kimdise.Bunnan bawqa variant yoxdu?Sesiyalarda etrafli gosterilmir ama maile de kiminse daxil oldugu barede melumat gelir.Menle beraber bir nece adamda bele olur.Keyloggeri nece oyrene bilerem var yada yoxdu.?Yaxwi proqram adi bilirsiz yoxlamaq ucun?

Namiq Bəndəli (2012-05-28 16:43:11)
Google-da AntiKeylogger Free yaz axtar, yüklə, sistemi scan et. keylogger olması mümkündür.

Elvin Hacı (2012-05-28 16:18:35)
Salam. Bəli komptyuterinizdə keylogger proqramı olması şübhəsi daha çoxdur, mütləq yaxşı antivirusla yoxlayın və ya format edin. https://www.facebook.com/settings?tab=security&section=sessions&view buradan da active sessions-a baxın, görün kimdir o girən hansı providerdən, hansı şəhərdən girir, bəlkə köməyi dəydi tanımaqda.

Un-know (2012-05-28 15:06:28)
Ola bilsin ki, kompyuterində keylogger var.Bir yolnan salıblar kompa. Format elə .