Turbo Pascalda düstur

Salam, mənə düstur veriblər, x-ın törəməsini Turbo Pascalda nece yaza bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

happy... (2012-05-29 18:58:40)
basa dusdum coxsagolun:)

Mehman Elxanoglu (2012-05-29 09:32:43)
Funksiyanın (Dəyişənin) törəməsi yenə də funksiyadır. Əgər ilk ifadənin ədəd yox, (törəmə) funksiya olduğunu nəzərə alsaq, onda Ks də ədəd yox, törəmə funksiyadan asılı funksiya olacaq, yəni ədəd olmayacaq. Nəzərə alsaq ki, Paskal riyazi proqram paketi deyil, proqramlaşdırma dilidir, onda funksiyadan törəmə alma işində bizə kömək olmayacaq. Ona görə deyirdim ki, Sizə törəmə funksiya yox, törəmə funksiyanın nöqtədəki qiyməti lazımdır, yəni ədəd :)

happy... (2012-05-28 23:39:03)
cox tesekkur edirem) men bunu bilirdim, hər hansi bir dəyişənin törəməsini nece yazırlar onu bilmək istəyirdim. yenədə təşəkkür edirəmm..

Mehman Elxanoglu (2012-05-28 22:45:39)
Düzünə qalsa, yenə başa düşmədim, riyazi biliklərimə əsaslansam, belə başa düşmək olar ki, d = (d0+delta_c)*x - ə bərabərdir. Proqram sonda ədəd qaytaracaqsa, deməli, Sizə törəmə funksiya yox, törəmə funksiyanın nöqtədəki qiyməti lazımdır, onu da ki, d0+delta_c kimi göstərmisiniz. Birtəhər özümün başa düşdüyü kimi yazacam. [code] program Dustur; const pi2=9.8696044010893586188344909998762; var dd, d0, delta_c, Ks, h, M0, L0, r, w, Lr: Real; i,n: Integer; begin writeln('d0 = '); readln(d0); writeln('delta_c'); readln(delta_c); dd:=d0+delta_c; writeln('dd = ',dd); writeln('n = '); readln(n); writeln('h = '); readln(h); writeln('i = '); readln(i); writeln('M0 = '); readln(M0); writeln('L0 = '); readln(L0); writeln('r = '); readln(r); writeln('w = '); readln(w); writeln('Lr = '); readln(Lr); Ks:=0.5*pi2*(dd/n)*(h*i/n)*M0/(L0*sqrt(1+sqr(r/(w*Lr)))); writeln('Ks = ', Ks); end; [/code]

happy... (2012-05-28 18:40:20)
mənə lazimdir ümumiyyətlə torəmənin kodu necedir?)

happy... (2012-05-28 18:35:54)
Mən bilmirəm hansı bölməsidir fizikanin,)) sadəcə yazmalıyam bunu düstur kimi, səkildə ikinci misalı da yazmısam orda da törəməyə görə yaza bilməmişəm..

Mehman Elxanoglu (2012-05-28 17:57:51)
Misal o qədər qısa və o qədər sadədir ki, tam anlamaq olmur nə istədiyinizi... Üstəlik burada x dəyişənindən əsər-əlamət belə yoxdur. Yaxşı olar ki, misalın əllə yazılmış variantının şəklini çəkib, upload edəsiniz. Mövzu nədir, bu düstur fizikanın hansı bölməsinə aiddir, hansı məqsədlər üçün istifadə edilir bu düsturdan və s. bu kimi geniş izahatlar versəniz daha yaxşı olar. Ondan sonra inanıram ki, proqramlaşdırma işinə (kod hissəsində) köməklik göstərmək olar.

happy... (2012-05-28 17:23:27)
misal belədi, D’=d0+de... fizikadandir. hər hansi rəqəm qoyacıq d-nin yerinə.

Mehman Elxanoglu (2012-05-28 17:05:06)
Sözün düzü sual tam aydın olmadı, Sizə düstur veriblər: Düstur yalnız x-dən aslıdırmı? Düsturda başqa dəyişənlər yoxdurmu? Əgər x-dən başqa dəyişənlər varsa, onda xüsusi törəmələri tapmaq lazım olacaq tam diferensialı tapmaq üçün... Sitat: " x-ın törəməsini Turbo Pascalda nece yaza bilərəm?" Cavab: x-in törəməsini tapmaq üçün sadə riyazi biliklər də bəs edir, belə ki, x-in törəməsi vahidə bərabərdir :)

Un-know (2012-05-28 14:08:32)
Məsələni tam verə bilərsən?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Turbo paskalda MASSIV

Turbo Pascalda triqonometriya